OnePlus CEO-su OnePlus 8 smartfon seriyasının sahib olacağı bəzi özəllikləri təsdiqlədi
Elm & Texnologiya
01.04.2020
Farid Pardashunas
Hələ dünən biz, OnePlus 8 smartfon seriyasının nə zaman təqdim olunacağı barəsində xəbər vermişdik. İndi isə OnePlus şirkətinin CEO-su Pete Lau smartfonların sahib olacaqları bəzi özəlliklər barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Pete Lau təsdiqləyib ki, OnePlus 8 və OnePlus 8 Pro smartfonları Snapdragon 865 prosessoru vasitəsilə çalışacaqlar.
Sözügedən prosessordan əlavə olaraq hər ik smartfon Snapdragon X55 5G modemini, saniyədə 6400 Mbit sürətlə məlumatların ötürülməsinə sahib LPDDR5 standartlı RAM göstəricisini və UFS 3.0 standartlı daxili yaddaş həcmini əldə edəcək. Smartfonların daxili yaddaş həcmləri həmçinin Turbo Write və Host Performance Booster texnologiyalarını dəstəkləyəcəklər. Beləliklə məlumatların yazılması və oxunması sürəti saniyədə 1700 Mbit-ə kimi çatacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ