main-post-cover

    OnePlus həmtəsisçisinin yeni brendi olan Nothing-in ilk məhsulu məlum olub

    Elm & Texnologiya
    10.02.2021
    Farid Pardashunas
        Keçən ayın sonunda OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı brendini anons etmişdi. Həmin vaxtda o, şirkətin ilk cihazlarının bu ilin birinci yarısında təqdim edəcəyinə söz vermişdi. İndi isə Carl Pei ilk öncə hansı məhsulun təqdim olunacağını elan edib. Bu barədə Bloomberg saytı xəbər verib. O, Bloomberg saytına verdiyi müsahibə çərçivəsində şirkətin ilk öncə hansı cihazı satışa çıxardacağı barəsində danışıb. Onun sözlərinə əsasən Alphabet holdinqinə məxsus GV (Google Ventures) adlı vençur fondu Nothing şirkətinə 15 milyon dollar investisiya yatırıb.
        Bu vəsait elmi-tədqiqat və təcrübi-konstruktiv işlərə yönəldiləcək. Məqsəd isə insanlar ilə texnologiyalar arasında olan sərhədi aradan qaldıra biləcək texnologiyaların yaradılmasıdır. Carl Pei bildirib ki, Nothing şirkəti smart cihazlar ekosisteminin yaradılması üzərində çalışır. Onlar sadə məhsuldan başlamağı planlaşdırırlar və bu, naqilsiz qulaqlıq olacaq. O bu ilin yay fəslində təqdim olunacaq. Carl Pei bununla yetinməyib il ərzində daha bir neçə cihazı təqdim etməyi planlaşdırır. Nothing şirkətinin planlaşdırılan məhsulları barəsində digər bir məlumat verilməyib. Bununla yanaşı onun smartfon istehsalı ilə məşğul olub-olmayacağı da aydın deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər