
OnePlus həmtəsisçisinin yeni Nothing adlı brendinin ilk naqilsiz qulaqlığının dizaynı təqdim olunub
Elm & Texnologiya
10.03.2021
Emil
OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı yeni brendinin ilk məhsulunun dizaynını təqdim edib. Əvvəlcədən verilmiş rəsmi məlumatda qeyd edildiyi kimi söhbət, naqilsiz qulaqlıqdan gedir. Təqdim edilmiş fotoda əks olunmuş qulaqlıq Nothing Consept 1 adını daşıyır. Lakin qulaqlığın bu ad ilə satışa çıxıb-çıxmayacağı bilinmir. Təqdim edilmiş bir foto ilə qulaqlığın dizaynını da qiymətləndirmək çətindir. Lakin əminliklə demək olar ki, qulaqlıq kompakt ölçüyə sahib olacaq.

Bununla yanaşı şirkət təmsilçiləri qeyd edibər ki, nəticədə satışa çıxacaq qulaqlığın dizaynı fotoda əks olunan dizayndan tamamilə fərqlənə bilər. Məlumdur ki, sözügedən naqilsiz qulaqlığın dizaynı Nothing ilə İsveçin musiqi təchizatı istehsalçısı olan Teenage Engineering şirkəti arasındakı əməkdaşlıq çərçivəsində hazırlanıb. Nothing brendinin təmsilçiləri onu da bildiriblər ki, qulaqlığın şəffaf gövdə elementləri insanları texnologiyalara yaxın etmək cəhdidir. Qeyd etmək lazımdır ki, Nothing brendinin ilk naqilsiz qulaqlığı bu ilin yay fəslində təqdim olunacaq və şirkətin genişmiqyaslı ekosisteminə start verəcək ilk məhsul olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
