main-post-cover

    OnePlus özünün OnePlus Band adlı ilk smart qolbağını təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    11.01.2021
    Emil Nəcəfov
        OnePlus şirkəti söz verdiyi kimi özünün ilk daşınıla bilən cihazını təqdim edib. Söhbət, OnePlus Band adlı smart qolbaqdan gedir. OnePlus Band 294x126 piksel keyfiyyətli 1.1 düym rəngli AMOLED ekran və silikon materialdan hazırlanmış müxtəlif rəngli kəmərlər əldə edib. Bununla yanaşı smart qolbaq akselerometr, hiroskop SpO2 ötürücüsü ilə təchiz olunub. Bu özəlliklər sayəsində OnePlus Band qolbağı istifadəçinin addımlarının sayını, qanındakı oksigen miqdarını, ürək ritminin tezliyini və yuxu keyfiyyətini monitorinq edə bilir.
        Bütün bunlardan əlavə olaraq smart qolbaqda 13 idman növü rejimi dəstəklənir. OnePlus Band həmçinin smartfondakı bildirişləri, daxil olan zəngləri əks etdirə bilir və üstəlik istifadəçi onun sayəsində musiqi idarəetməsini də reallaşdıra bilər. Digər özəlliklər arasında Find My Phone funksiyasını və Zen Mode rejimini qeyd etmək olar. Zen Mode rejimi smartfonda əsas funksiyaları deaktiv etməklə istifadəçinin rəqəmsal dünyadan bir qədər dincəlməsinə imkan verir. Bu iki funksiya yalnız OnePlus smartfonları ilə sinxronlaşma çərçivəsində çalışır.
        IP68 standartı sayəsində qolbağın gövdəsi sudan qorunma özəlliyinə sahibdir. OnePlus Band 100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən bu batareya sayəsində qolbaq 14 gün ərzində çalışa bilir. Qolbaq OnePlus Health tətbiqi vasitəsilə ayarlanır. Beləliklə OnePlus Band qolbağı 13 yanvar tarixində ilk öncə Hindistanda 34$ qiymətində satışa çıxacaq. Daha sonra isə qolbaq Avropa bazarında da satılacaq.
    Linki kopyala