main-post-cover

    OnePlus şirkəti öz ödəniş sistemini təqdim etdi

    Elm & Texnologiya
    25.03.2020
    Farid Pardashunas
        Keçən ilin sonunda OnePlus şirkəti bildirmişdi ki, o özünün ödəniş sistemi üzərində çalşır. Beləliklə həmin bəyanatdan 5 ay sonra şirkət özünün ödəniş sistemini təqdim etdi. Bu barədə IThome saytı xəbər verib. Şirkətin ödəniş sistemi OnePlus Pay adını əldə edib və artıq Çində istifadəyə verilib. Lakin sözügedən ödəniş sistemi hələ ki, OnePlus 7TOnePlus 7T Pro smartfon modellərində aktivdir.
        Görünür, bu sistem Google PaySamsung Pay ödəniş sistemləri kimi smartfonlarda olan NFC modul sayəsində çalışır. İstifadəçinin bütün kart məlumatları Wallet tətbiqində yerləşirlər. OnePlus Pay ödəniş sisteminin öz rəqibləri ilə müqayisədə nə kimi özəlliklərə sahib olduğu tam aydın deyil. Çox güman ki, OnePlus Pay barəsində daha çox məlumat OnePlus 8 smartfon seriyasının təqdimatı zamanı veriləcək. Qeyd etmək lazımdır ki, OnePlus 8 smartfon seriyasının təqdimatı aprel ayının ortasında baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər