Logo
    main-post-cover

    OnePlus şirkəti tamamilə yeni bir cihaz üzərində çalışır (VİDEO)

    Elm & Texnologiya
    02.03.2020
    Emil
        OnePlus şirkətinin portfoliosuna təkcə eyniadlı smartfon seriyası daxil deyil. Belə ki, şirkət keçən il öz ilk smart televizor modelini təqdim etmişdi. İndi isə OnePlus özü üçün tamamilə yeni olacaq bir məhsulun təqdimatına hazırlaşır. Belə ki, təqdim olunacaq yeni məhsul barəsində qısa video brendin Twitter hesabında paylaşılıb. Videodan da görmək olar ki, yeni məhsul şirkətin artıq təqdim edilmiş cihazlardan heç birinə bənzəmir. Bu barədə Gizchina saytı xəbər verib.
        Videonun təqdim edilməsindən daha əvvəl şirkət qeyd etmişdi ki, o, xüsusi layihə üzərində çalışır və bu, hansısa smartfon modeli deyil. Təqdim edilmiş videoda əks edilmiş mexanik detallar və gövdənin qəliz şəkildə nəzərə çarpan dizaynı şirkətin hansı məhsul üzərində çalışması barəsində heç bir məlumat vermir. Lakin artıq sabah hər şey məlum ola bilər. Belə ki, insayderlərin verdikləri məlumata əsasən OnePlus şirkəti öz yeni məhsulu barəsində ətraflı məlumatı sabahki təqdimat zamanı təqdim edəcək. Onu da qeyd etmək lazımdırki, şirkət OnePlus 8 smartfon seriyasını bu ilin ikinci rübündə təqdim edəcək.
    Paylaş
    Bənzər xəbərlər