OnePlus şirkətinin 5G texnologiyalı smartfonunun qiymət göstəricisi məlumatı ortaya çıxdı

OnePlus şirkətinin 5G texnologiyalı smartfonunun qiymət göstəricisi məlumatı ortaya çıxdı

Texnologiya
20.11.2018 PAYLAŞIM

    OnePlus da digər şirkətlər kimi özünün 5G texnologiyalı smartfon modeli üzərində çalışır. Bugün isə sözügedən smartfonun qiyməti barəsində məlumat ortaya çıxıb. Belə ki. Fudzilla saytının verdiyi məlumata əsasən OnePlus 5G smartfonunun qiyməti təqribi olaraq 650$ təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib OnePlus 6T modelinin qiyməti 100$ daha ucuzdur.

    Bundan əlavə olaraq qeyd etmək lazımdır ki, söhbət heç də OnePlus 7 smartfonundan getmir. Şirkətin 5G texnologiyalı smartfonu tamamilə başqa seriyaya aid olacaq. Smartfonun texniki göstəriciləri barəsində hələki məlumat yoxdur. Lakin çox güman ki, o, Snapdragon 8150 prosessoru (digər adı Snapdragon 855) və Qualcomm şirkətinin Snapdragon X50 adlı 5G modemi ilə təchiz olunacaq. Şirkətin ilk 5G texnologiyalı smartfonu gələn ilin əvvəlində təqdim olunmalıdır. Çox güman ki, smartfon gələn ilin Fevral ayında keçiriləcək MWC 2019 tədbirində təqdim olunacaq.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×