main-post-cover

    OnePlus şirkətinin bilinməyən smartfonunun fotosu sızdırıldı

    20.12.2018
    Farid Pardashunas
        İnternetdə OnePlus şirkətinin bilinməyən smartfonunun fotosu sızdırılıb. Həmin fotonu Ishan Agarwal adlı hindistanlı istifadəçi öz Twitter hesabında paylaşıb. Fotoda sözügüdən smartfonu əlində tutan OnePlus əməkdaşını və smartfon haqqında məlumat verən şirkət prezidenti Pete Lau-nu görmək olar. Qeyd etmək lazımdır ki, fotoda əks olunmuş smartfonun dizaynı OnePlus şirkətinin indiyənə kimi satışa çıxartmış olduğu smartfon modellərinin dizaynlarından tamamilə fərqlənir.

        Belə ki, smartfonun arxa panelindəki kamera OnePlus şirkətinə xas olmayan tərzdə yerləşdirilib. Onun yerləşdirilmə tərzi Nokia Lumia 1020 modelindəkini xatırladır. Yəni kamera dairəvi modulda yerləşdirilib. Fotoda hansı flaqman smartfonunun əks olunduğu bilinmir. Bu həm OnePlus 7 də ola bilər, həmdə 5G dəstəkli yeni smartfon modeli də ola bilər. Çox güman ki, smartfon barəsində daha çox məlumat gələn ilin fevral ayında keçiriləcək MWC 2019 sərgisinə yaxın vaxtlarda ortaya çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər