OnePlus şirkətinin həmtəsisçisi Nothing adlı yeni brendini təqdim edib

OnePlus şirkətinin həmtəsisçisi Nothing adlı yeni brendini təqdim edib

Texnologiya
28.01.2021 PAYLAŞIM

    Bir neçə ay bundan öncə OnePlus-ın həmtəsisçisi Carl Pei şirkətdən ayrılmışdı. Həmin vaxtda o, yeni startap yaratdığını bildirmişdi. İndi isə Carl Pei öz yeni brendini təqdim edib. Bu barədə The Verge saytı xəbər verib. Beləliklə yaradılmış yeni şirkətin adı Nothing-dir. Yeni şirkət bu cür qeyri adi ad əldə etsə də onun barəsində məlumatlar hələ çox azdır. Şirkətin baş ofisi Londonda yerləşir.

    Məlumata əsasən Nothing istehlakçı texnologiyaları ilə məşğul olacaq. “Texnologiyalar sahəsində uzun müddətdir ki, maraqlı bir şey baş vermir. Dəyişikliklərin baş verməsi zamanı gəlib. Nothing-in əsas məqsədi uğurlu rəqəmsal gələcək üçün insanlar ilə texnologiyalar arasındakı sərhədi silməkdir. Biz əminik ki, ən yaxşı texnologiyalar gözəldirlər, təbiidirlər və istifadədə anlaşılandırlar. Onlar yetəri qədər təkmilləşdirildikdə ikinci plana keçməli və heçnəyə çevrilməlidirlər” - deyə Carl Pei bildirib.


    Nothing şirkəti müxtəlif kateqoriyalar üzrə smart məhsullar istehsal etməyi planlaşdırır. Lakin bu məsələdə konkret bir məlumat hələ yoxdur. Carl Pei həmçinin bildirib ki, şirkətin məhsullarında xüsusi sifariş edilmiş komponentlərdən istifadə olunacaq. Bu isə öz növbəsində şirkəti digərlərindən fərqləndirməlidir. Bununla yanaşı yeni yaradılmş Nothing şirkəti heç kimə məxsus deyil və buna baxmayaraq o, fərdi tədqiqat şöbəsinə sahibdir. Şirkətin ilk məhsulları bu il satışa çıxmalıdırlar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×