OnePlus şirkətinin ilk fitnes qolbağının güman olunan dizaynı təqdim olunub

OnePlus şirkətinin ilk fitnes qolbağının güman olunan dizaynı təqdim olunub

Texnologiya
02.01.2021 PAYLAŞIM

    OnePlus şirkətinin məhsullar siyahısında hələ daşınıla bilən cihazlar yoxdur. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. İnsayderlərin verdikləri məlumata əsasən yaxın zamanda şirkət bu kateqoriyaya aid ilk cihazını təqdim edəcək. Bununla yanaşı insayderlər xəbər veriblər ki, söhbət, fitnes qolbaqdan gedir. Bu barədə 4pda saytı xəbər verib. Məlumata əsasən OnePlus bu ilin əvvəlində öz ilk daşınıla bilən cihazını təqdim edəcək. Daha öncə bir çoxları düşünürdü ki, söhbət, smart saatdan gedir.


    Lakin insayderlər bildiriblər ki, şirkət fitnes qolbaq təqdim edəcək. Şirkətin ilk fitnes qolbağının Xiaomi Mi Band 5 ilə rəqabət aparacağı gözlənilir. Bir neçə gün bundan öncə isə məşhur hindistanlı insayder Mukul Sharma OnePlus-ın fitnes qolbağının güman olunan dizaynını sərgiləmişdi. Gözləntilərə əsasən bu fitnes qolbaq böyük olmayan OLED ekran və bu cür cihazlarda reallaşdırılan əsas funksionallıqlar əldə edəcək. Məlumata əsasən cihazın qiyməti 40$-dan çox olmayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×