Reklam
OnePlus şirkətinin ilk televizoru OnePlus TV - QİYMƏTLƏR

OnePlus şirkətinin ilk televizoru OnePlus TV - QİYMƏTLƏR

Texnologiya
26.09.2019 PAYLAŞIM

    Öz yeni flaqman smartfonu olan OnePlus 7T ilə birlikdə OnePlus şirkəti çoxdan gözlənilən daha bir məhsulu təqdim etdi. Söhbət, OnePlus TV-dən gedir. Şirkətin verdiyi məlumata əsasən onun televizor modeli bir sıra özəlliklərə görə rəqiblərdən üstündür və bəzi xüsusiyyətlər üzrə ümumiyyətlə dünyada ən yaxşı televizor modelidir. OnePlus TV 4K keyfiyyətli 55 düym QLED ekrana sahibdir. Məlumata əsasən televizorun ekranı rəng mühitinin 96%-ni dəstəkləyir. Bu isə digər rəqib televizorlardan daha çoxdur. Ekranın daha bir özəlliyi ondan ibarətdir ki, o, 1000 nits göstəricili maksimal parlaqlığa sahibdir.

Bənzər xəbər

Facebook TV gəlir


    Şirkət öz televizoru üçün xüsusi alqoritm hazırlayıb. Həmin alqoritm ekranda əks olunan təsvirin kadrlarını analiz edərək onları emal edir ki, əks olunan görüntü həmişə dəqiq olsun və action səhnələr zamanı həmin görüntülər bulanıq düşməsin. Ekran həm də Dolby Vision texnologiyasını da dəstəkləyir. Yüksək keyfiyyətli təsvirdən əlavə olaraq OnePlus TV həmçinin yüksək keyfiyyətli akustika ilə də diqqəti cəlb edir. Belə ki, televizor soundbar ilə təchiz olunub və televizor aktivləşdirilən zaman soundbar işə düşür. Televizorun daxilində yerləşdirilmiş akustika sisteminin ümumi gücü isə 50 vatt təşkil edir. Təbii ki, televizor həm də Dolby Atmos texnologiyasını dəstəkləyir.

    Televizorun komplektində idarəetmə pultu var və o, Bluetooth vasitəsilə çalışır. İdarəetmə pultunun gövdəsi metal materialdan hazırlanıb və onun üzərində maksimal dərəcədə az sayda düymə yerləşdirilib. Həmçinin pult öz batareyasına sahibdir və USB Type-C girişi vastəsilə şarj olunur. Bundan əlavə olaraq OnePlus TV-ni smartfon vasitəsilə də idarə etmək mümkündür. Bunun üçün smartfona OnePlus Connect adlı tətbiqi yükləmək lazımdır. Həmin tətbiq vasitəsilə istifadəçi televizorun interfeysindən istifadə edə, mətn yaza, Google Assistant səsli köməkçisi ilə birlikdə qarşılıqlı əlaqədə ola, müxtəlif tətbiqləri işə sala və həmin tətbiqlərdə lazımi kontentləri axtara bilər.

    OnePlus TV Android Pie əsasında hazırlanmış Android TV əməliyyat sistemi vasitəsilə çalışır. OnePlus zəmanət verib ki, OnePlus TV 3 il ərzinə Android yenilənmələrini əldə edəcək. Beləliklə OnePlus TV 28 sentyabr tarixində satışa çıxacaq və 2 versiyada təqdim olunacaq: TV 55 Q1TV 55 Q1 Pro. Q1 modeli 985$-a, Q1 Pro modeli isə 1407$-a satılacaq. Modellərin arasında fərq ondan ibarətdir ki, adi Q1 soundbara sahib deyil. Onun yerinə həmin model 4 ədəd səsgücləndirici ilə təchiz olunub

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×