main-post-cover

    OnePlus Watch 2-nin render fotoları təqdim edilib

    Elm & Texnologiya
    14.11.2023
    Farid Pardashunas
         OnePlus şirkəti öz ilk smart saatı olan OnePlus Watch-u 2021-ci ildə təqdim etmişdi. İndi isə şirkət öz ilk smart saatının davamçısını təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Watch 2-dən gedir. OnLeaks ləqəbli məşhur insayder Mysmartprice saytı ilə birlikdə yeni smart saatın render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan belə qənaətə gəlmək olar ki, OnePlus Watch 2 böyük ölçülü siferblatı, metal materialdan hazırlanmış gövdəni və bir neçə idarəetmə düyməsini əldə edəcək. Texniki özəlliklərə gəldikdə isə OnePlus Watch 2-nin 1.43 düym ekranla təchiz olunacağı və Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışacağı güman edilir. Smart saat böyük ehtimalla OnePlus 12 flaqman smartfonu ilə birgə bu ilin sonuna kimi təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus 12-nin daha bir özəlliyi rəsmi şəkildə məlum olub
    oneplus-12-nin-daha-bir-ozelliyi-resmi-sekilde-melum-olub
    OnePlus 12-nin vacib özəlliklərindən biri məlum olub
    oneplus-12-nin-vacib-ozelliklerinden-biri-melum-olub
    OnePlus Watch 2 smart saatı təqdimata hazırlaşır
    oneplus-watch-2-smart-saati-teqdimata-hazirlasir
    OnePlus 12-nin əsas arxa kamerasının hansı brendə sahib olacağı məlum olub
    oneplus-12-nin-esas-arxa-kamerasinin-hansi-brende-sahib-olacagi-melum-olub
    OnePlus 12-nin kameraları vasitəsilə çəkilmiş foto nümunələr təqdim edilib
    oneplus-12-nin-kameralari-vasitesile-cekilmis-foto-numuneler-teqdim-edilib