OneWeb kosmik internetinin test nəticələri təqdim olunub

OneWeb kosmik internetinin test nəticələri təqdim olunub

Texnologiya
17.07.2019 PAYLAŞIM

    İngiltərənin OneWeb şirkəti kosmik internetin ilk test nəticələrini təqdim edib. Qoşulma daha öncədən Yer kürəsinin aşağı orbitinə çıxarılmış peyklər vasitəsilə reallaşdırılıb. Perspektiv cəhətdən bu peyklərdən ibarət qrup planetin istənilən nöqtəsində genişzolaqlı internet şəbəkəsini təqdim edəcək. Kosmik internetin ilk test nəticələri hətta yerüstü operatorlar ilə müqayisədə çox heyrətləndirici olublar. Bu barədə Ispreviews.co.uk saytına istinadən 4pda saytı xəbər verib.

    Beləliklə test çərçivəsində saniyədə 400 Mbit sürətlə məlumat ötürülməsi əldə olunub. Bununla belə siqnal gecikməsinin vaxtı 40 millisaniyədən çox olmayıb. Hələki şirkət Yer kürəsinin aşağı orbitinə 6 ədəd OneWeb F6 peykini göndərib. Lakin şirkət gələcəkdə yüzlərlə peykin göndərilməsini planlaşdırır. Kosmik internetin testləri OneWeb istifadəçiləri üçün terminalların hazırlanması və istehsalı ilə məşğul olan Intellian və bağlantının yaradılması üçün test modemini hazırlamış Satixfy şirkətləri ilə birlikdə keçirilib.

Bənzər xəbər


    OneWeb şirkətinin rəhbəri Adrian Steckel-in sözlərinə əsasən kosmik internetdən kommersiya məqsədli istifadəni şirkət yaxın 24 ay ərzində reallaşdıracaq. Bu ilin 4-cü rübündən başlayaraq hər ay Yer kürəsinin aşağı orbitinə 30 ədəd peyk göndəriləcək. 2021-ci ilə kimi 650 peykdən ibarət peyk strukturunun yaradılması planlaşdırılır. Tələbatın artacağı halında peyklərin sayı 1980-ə çata bilər. Peyklərdən hər biri Yer kürəsi ilə Ka diapazonunda (20-30 GHz radiotezliklərdə) və Ku diapazonunda (11-14 GHz radiotezliklərdə) əlaqə yarada bilir.

    OneWeb şirkətinin sözlərinə əsasən istifadəçilər stabil olaraq 25-35 millisaniyə siqnal gecikməsi ilə saniyədə 100 Mbit sürətə ümid edə bilərlər. Hal hazırda varolan geostasionar peyk əlaqələri ortalama 300 millisaniyə siqnal gecikməsi təqdim edirlər. Qeyd etmək lazımdır ki, bu sahədə İngiltərənin OneWeb şirkətinin əsas rəqibi SpaceX şirkətidir. SpaceX şirkəti artıq Yer kürəsinin orbitinə 60 ədəd peyki göndərib. Lakin SpaceX hələki öz test nəticələrini təqdim etməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..

×