main-post-cover

    OpenAI şirkəti insana bənzər robotların yaradılmasına start verib

    Elm & Texnologiya
    13.04.2023
    Farid Pardashunas
        Süni zəka əsaslı ChatGPT çat-botunun bütün dünyada məşhur olduğunu nəzərə alaraq onun yaradıcısı olan OpenAI şirkəti öz texnologiyasını fiziki formaya çevirməyi nəzərdən keçirtməyə başlayıb. Bunun üçün şirkət öz resurslarını insana bənzər robotların hazırlanmasına sərf etmək qərarına gəlib. New Atlas saytının verdiyi məlumata əsasən OpenAI bir neçə müddət bundan öncə Norveçin 1X adlı robototexnika şirkətinə 23.5 milyon dollar investisiya yatırıb. İki şirkət arasındakı əməkdaşlığın təfərrüatları barəsində məlumat verilməyib.
        OpenAI şirkətinin təmsilçiləri tərəfindən verilmiş bəzi bəyanatlardan belə qənaətə gəlmək olar ki, söhbət, müəssisələrdə işçi qüvvəsi performansının aparıcı texnologiyalar vasitəsilə yüksəldilməsindən gedir. Qeyd etmək lazımdır ki, OpenAI daha öncə özünün robototexnika şöbəsinə sahib idi. Lakin şirkət süni zəka sahəsindəki nailiyyətlərinin daha perspektivli olduqlarını düşünərək həmin şöbəni 2021-ci ildə bağladı. OpenAI ilə 1X-in birgə məhsulunun nə zaman təqdim ediləcəyi bilinmir. Bəzi məlumatlara əsasən bu iki şirkətin əməkdaşlığı çərçivəsində insan bənzər daha təkmilləşdirilmiş robotlar yaradılacaq və həmin robotlar Tesla-nın insana bənzər robotları ilə rəqabət apara biləcəklər. Robotların bu il ərzində təqdim olunacaqları istisna edilmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər