main-post-cover

    Orta büdcəli Google Pixel 4a smartfon modelinin ilk render fotoları təqdim olundu

    Elm & Texnologiya
    30.12.2019
    Farid Pardashunas
        Bu ilin may ayında Google şirkəti orta büdcəli Pixel 3a3a XL smartfon modellərini təqdim etməklə özünün Pixel smartfon seriyasını genişləndirmişdi. İndi isə şirkət Pixel 4a smartfon seriyası üzərində çalışır. 91mobiles saytı OnLeaks ləqəbi ilə tanınan məşhur insayderlə birlikdə Pixel 4a-nın render fotolarını təqdim edib. Beləliklə render fotolardan da görmək olar ki, Pxel 4a əvvəlki Pixel modellərinə bənzəyir. Lakin buna baxmayaraq gələn il təqdim ediləcək smartfonun öz özəllikləri var.
        Əsas özəllik ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissədir. Belə ki, həmin çıxıntı hissə kiçik dairəvi formada olacaq. Beləliklə Pixel 4a Google şirkətinin bu cür çıxıntı hissəyə sahib ilk smartfon modeli olacaq. Smartfon 5.7 və ya 5.8 düym ekran ilə təchiz olunacaq. Ekran ətrafı çərçivələr bir qədər nazik olsalar da digər smartfonlarla müqayisə də yenə də qalın görünürlər. Smartfonun arxa panelində bir ədəd kamera və işıqlandırma sistemi yerləşdiriləcək. Gözləntilərə əsasən arxa kameraların sayı 1-dən artıq olacaq.
        Bundan əlavə olaraq render fotolardan da görmək olar ki, Pixel 4a modeli 3.5 mm-lik audiogiriş və USB Type-C girişi ilə təchiz olunacaq. Güman olunur ki, Pixel 4a smartfonu orta büdcəli prosessor (Snapdragon 730 və ya Snapdragon 765), 4 GB RAM və 64 GB daxili yaddaş həcmi ilə təchiz oluna bilər. Bundan əlavə olaraq smartfon 5G dəstəyini də əldə edə bilər. Çox güman ki, Pixel 4a smartfon seriyası gələn ilin may ayında keçiriləcək Google I/O 2020 konfransı çərçivəsində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər