Logo
    Orta büdcəli smartfonlar üçün Exynos 1580 prosessoru təqdim edilib

    Orta büdcəli smartfonlar üçün Exynos 1580 prosessoru təqdim edilib

         Samsung şirkəti orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş Exynos 1580 adlı yeni prosessorunu təqdim edib. Samsung-un bu yeni prosessoru 8 nüvəlidir və onun tərkibində nüvələr “4+4” sxemi üzrə yerləşirlər. Yəni Exynos 1580 özündə 2.9 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsini və 1.95 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A520 nüvəsini birləşdirir. Prosessorda qrafik imkanlardan Xclipse 540 qrafik çipi cavabdehdir. Samsung bildirib ki, bu yeni prosessor Exynos 1480-dən 37% daha effektiv çalışır. Üstəlik prosessor özündə süni zəka tapşırıqlarının yerinə yetirilməsinə istiqamətlənmiş neyron çipini də birləşdirir. Exynos 1580 prosessoru 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, LPDDR5 standartlı RAM yaddaşlarını, UFS 3.1 standartlı daxili yaddaş həcmlərini, 200 MP-ə kimi kameraları, Wi-Fi 6E-ni, 5G-ni və Bluetooth 5.4-ü dəstəkləyir. Gözləntilərə əsasən Exynos 1580-i ilk əldə edəcək smartfon Samsung Galaxy A56 5G olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...