Logo
    main-post-cover

    Orta büdcəli smartfonlar üçün MediaTek Dimensity 8250 prosessoru təqdim edilib

         MediaTek şirkəti orta büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Şirkətin yeni prosessoru Dimensity 8250 adlanır. 4 nanometrlik texnoloji proses əsasında hazırlanmış Dimensity 8250 prosessoru özündə 8 nüvəni birləşdirir. Nüvələr “1+3+4” sxemi üzrə yerləşiblər. Yəni Dimensity 8250 prosessoru özündə 3.1 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A78 nüvəsini, 3 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A78 nüvəsini və 2.0 Ghz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsini birləşdirir. Prosessorun L3 keş yaddaşının həcmi 4 MB təşkil edir.
         MediaTek-in bu yeni orta səviyyəli prosessoru LPDDR5 standartlı RAM yaddaşlarını və UFS 3.1 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Prosessorda qrafik imkanlardan ARM Mali-G610 MC6 çipi, süni zəka hesablamalarından isə MediaTek APU 580 çipi cavabdehdir. Dimensity 8250 prosessoru 120 Hz-lik təsvir yenilənməsinə sahib WQHD keyfiyyətli ekranlar ilə 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, 320 MP-ə kimi kameraları, Wi-Fi 6EBluetooth 5.3 texnologiyalarını, o cümlədən 5G-ni dəstəkləyir. Bəzi məlumatlara əsasən Dimensity 8250 prosessorunu ilk əldə edəcək smartfon OPPO Reno 12 ola bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Orta büdcəli smartfonlar üçün MediaTek Dimensity 8250 prosessoru təqdim edilib | Technote