Logo
    main-post-cover

    Orta büdcəli smartfonlar üçün olan Exynos 1580 prosessoru Geekbench testlərindən keçib

    Elm & Texnologiya
    29.07.2024
    Emil
         Samsung orta büdcəli smartfonları üçün yeni Exynos prosessoru üzərində çalışır. Söhbət, Exynos 1580 prosessorundan gedir. İndi isə məlum olub ki, sözügedən yeni prosessor Geekbench testlərindən keçib. Bunun sayəsində Exynos 1580 barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə məlumata əsasən Exynos 1580 prosessoru 8 nüvəlidir. Yəni o özündə 2.91 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A720 nüvəsini, 2.60 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A720 nüvəsini və 1.95 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A520 nüvəsini birləşdirir.
         Prosessorun qrafik imkanlarından isə Xclipse 540 qrafik çipi cavabdehdir. Bu yeni prosessor Geekbench-in bir nüvəli testi çərçivəsində 1046 xal, çox nüvəli testi çərçivəsində isə 3678 xal toplayıb. Bu cür göstəricilər sayəsində yeni prosessor Snapdragon 888Exynos 2100 prosessorları ilə eyni sırada yer alır. Bununla yanaşı Exynos 1480 ilə müqayisədə Exynos 1580-in bir nüvəli test çərçivəsində performansı 17%, çox nüvəli test çərçivəsində performansı isə 9% daha yüksəkdir. Gözləntilərə əsasən Exynos 1580 prosessorunu ilk əldə edəcək smartfon Galaxy A56 olacaq. Bu smartfonun isə gələn ilin yaz fəslində təqdim olunacağı güman edilir.
    Paylaş