main-post-cover

    Orta büdcəli Xperia 20 smartfon modelinin render fotoları təqdim olundu

    16.05.2019
    Farid Pardashunas
        Dünən OnLeaks ləqəbi ilə tanınan məşhur insayder Sony şirkətinin Xperia 2 adlı yeni flaqman smartfonunun render fotolarını təqdim etmişdi. Bugün isə o, orta büdcəli Xperia 20 smartfon modelinin render fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Xarici görünüşcə Xperia 20 modeli Xperia 10-a bənzəyir. Dizaynda fərqlilik minimaldır.

        Xperia 20 də Xperia 10 kimi çərçivələrə sahib CinemaWide ekran, ikili arxa kamera, USB-C girişi, 3.5 mm-lik audiogiriş və kənar tərəfdən barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Əsas texniki göstəricilər baxımından smartfon FHD+ keyfiyyətli 6 düym ekran və Snapdragon 700 seriyasından olan prosessor ilə təchiz olunmalıdır. Smartfon Android Q əməliyyat sistemi vasitəsilə çalşacaq. Xperia 20 barəsində digər bir məlumat yoxdur. Xperia 20 modeli Xperia 2 ilə birlikdə bu ilin sentyabr ayında keçiriləcək IFA 2019 sərgisində təqdim olunmalıdır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər