
Orta qiymət və flaqman özəlliklərə sahib Nokia 7 təqdim edildi
Elm & Texnologiya
19.10.2017
Emil
“HMD Global” şirkəti Çində Nokia 7 adlı yeni smartfonun təqdimatını keçirtdi.
Sözügedən yeni model, Nokia 6 ilə
Nokia 8-in arasındakı yeri tutur. Bununla yanaşı smartfon Nokia 8-in bir
funksiyasını da özündə birləşdirir. Söhbət, ön və arxa kamera vasitəsilə eyni
anda foto çəkməkdən gedir. Bundan əlavə olaraq Nokia 7, seriyanın ilk smartfonudur
ki, barmaq izi skanına sahibdir. Digər modellərdən fərqli olaraq yeni smartfon
şüşəli arxa qapaq ilə təchiz olunub. Texniki östəricilərinə gəldikdə isə o, 5.2 inç
Full HD LCD ekran, 8 nüvəli Snapdaron 630 prosessoru, 4/6 GB RAM, 64 GB daxili
yaddaş (microSD dəstəkli) və 3000 mAh enerji tutumlu batareya ilə təchiz
olunub.

Smartfon, “Zeiss” istehsalı və f/1.8 diafraqmalı 16 MP-lik arxa
kameraya və geniş bucaqlı 5 MP-lik ön kameraya sahibdir. Nokia 7 Andorid
Nougat əməliyyat sistemi ilə çalışacaq, lakin yaxın zamanda Oreo evrsiyaya kimi
yenilənəcək. Bununla yanaşı smartfonda həmçinin 3.5 mm-lik audiogiriş də var.
Nokia 7 24 Oktyabr tarixində Çində satışa çıxacaq. 4 GB RAM-lıq versiya 377$, 6
GB RAM-lıq versiya isə 407$
qiymətinə satışa çıxacaq. Smartfonun digər regionlarda satışa çıxacağı barəsində
isə heç bir məlumat yoxdur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
