Orta seqment üçün nəzərdə tutulmuş Huawei nova seriyası bu dəfə flaqman modeli nova 2s ilə gəldi

Orta seqment üçün nəzərdə tutulmuş Huawei nova seriyası bu dəfə flaqman modeli nova 2s ilə gəldi

08.12.2017 PAYLAŞIM

“Huawei” şirkəti bu ilin əvvəlində satışa çıxartdığı nova 2 smartfonunun yeni versiyasını təqdim etdi.

Bu seriyanın nümayəndələri həmişə orta seqment istifadəçilər üçün nəzərdə tutulurdu. Lakin təqdim olunmuş yeni nova 2s bu qaydanı pozub. Belə ki, öz texniki özəlliklərinə görə nova 2s “Huawei” tərəfindən ilin əvvəlində təqdim olunmuş smartfonlardan heç də geridə qalmır. Beləliklə Huawei nova 2s 2160x1080 piksel keyfiyyətli 6 inç-lik erkana sahibdir. Ekran həmçinin 2.5D qoruyucu şüşə ilə örtülüb, onun ətrafındakı çərçivələr isə maksimal dərəcədə nazikdirlər. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 2.4 GHz tezlikli 8 nüvəli Kirin 960 prosessoru, Mali-G71 qrafik sürətləndirici, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəkli) və 3340 mAh enerji tutumlu batareya ilə təchiz olunub. 



Smartfon həmçinin biri 20 MP-lik monoxrom, digəri isə 16 MP-lik rəngli olmaqla ikili arxa kameraya sahibdir. f/1.8 diafraqması sayasində smartfon yaxşı işıqlandırılmamış mühitdə daha keyfiyyətli fotolar çəkməyə imkan verir. Arxa kamera həmçinin sürətli faza avtofokusuna və 4K formatlı videoçəkiliş özəlliyinə sahibdir. Ön paneldə isə f/2.0 diafraqmalı 20 MP-lik və əlavə 2 MP-lik kamera var. Smartfon həmçinin USB Type-C girişi və iki SIM kart dəstəyi ilə təmin olunub. 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 408$, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 454$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 514$ qiymətinə satılacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×