main-post-cover

    Orta səviyyəli güclü smartfonlar üçün MediaTek Dimensity 1300 prosessoru təqdim edilib

    Elm & Texnologiya
    08.04.2022
    Farid Pardashunas
        MediaTek şirkəti Dimensity 1300 adlı yeni prosessorunu təqdim edib. Sözügedən prosessor 5G dəstəkli güclü smartfonlar üçün nəzərdə tutulub. 6 nanometrlik texnoloji proses əsasında hazırlanmış bu prosessor 3.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsinə və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsinə sahibdir. Prosessorun qrafik imkanlarından isə Mali-G77 MC9 çipi cavabdehdir.
        Dimensity 1300-ə inteqrasiya edilmiş 5G modem məlumatların saniyədə 4.7 Gbit sürətlə yüklənməsini təmin edir. Qeyd etmək lazımdır ki, sözügedən prsessora sahib smartfonlar 16 GB-a kimi LPDDR4x standartlı RAM yaddaşı və UFS 3.1 standartlı daxili yaddaş ilə təchiz oluna bilərlər. Bununla yanaşı Dimensity 1300 modeli 168 Hz-ə kimi olan təsvir yenilənməsi funksiyasını, 2520x1080 pikselə kimi olan ekranları və o cümlədən 200 MP-ə kimi olan kameraları dəstəkləyir. Prosessorda həmçinin Wi-Fi 6Bluetooth 5.1 texnologiyalarının dəstəyi də reallaşdırılıb. Sözügedən prosessora sahib ilk smartfonlar yaxın zamanda təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər