main-post-cover

    Orta səviyyəli smartfonlar üçün MediaTek Dimensity 7300 və Dimensity 7300X prosessorları təqdim edilib

    Elm & Texnologiya
    31.05.2024
    Emil Nəcəfov
         MediaTek şirkəti orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş iki yeni prosessorunu təqdim edib. Söhbət, Dimensity 7300 Dimensity 7300X adlı prosessorlardan gedir. Bu yeni prosessorlar 4 nanometrlik texnoloji proses əsasında hazırlanıblar. Hər iki prosessor 8 nüvəlidir və nüvələr “4+4” sxemi üzrə yerləşiblər. 4 ədəd Cortex-A78 nüvəsi + 4 ədəd Cortex-A55 nüvəsi. Bu prosessorlarda qrafik imkanlardan ARM Mali-G615 MC2 qrafik çipi cavabdehdir. Sözügedən prosessorlar süni zəka əməliyyatları çərçivəsində 2 dəfə yaxşılaşdırılmış hesablama imkanlarına sahibdirlər. Bununla yanaşı həm Dimensity 7300 həm də Dimensity 7300X LPDDR4x LPDDR5 standartlı RAM yaddaşlarını, UFS 3.1 standartlı daxili yaddaş həcmlərini, Wi-Fi 6E-ni və Bluetooth 5.4-ü dəstəkləyirlər.
         Foto və video çəkiliş imkanları mövzusunda prosessorlar 200 MP-ə kimi kameraların, saniyədə 30 kadr sürətlə 4K videoların və 4K keyfiyyətdə HDR videoların çəkilişi imkanlarının dəstəklərinə sahibdirlər. Dimensity 7300 ilə Dimensity 7300X arasında olan əsas fərq ondadır ki, sonuncu prosessor üstəlik eyni anda iki ekranla çalışa bilir. Burda əsasən 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli və 120 Hz-lik təsvir yenilənməsinə sahib Wide Full HD+ keyfiyyətli ekranları qeyd etmək lazımdır. Qeyd etmək lazımdır ki, Dimensity 7300X prosessorunu ilk olaraq qatlana bilən qapaqlı Motorola Razr 50 smartfonu, Dimensity 7300 prosessorunu isə OPPO Reno 12 smartfonlarından biri əldə etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MediaTek Dimensity 9400 flaqman prosessorunun təfərrüatları açıqlanıb
    mediatek-dimensity-9400-flaqman-prosessorunun-teferruatlari-aciqlanib
    MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində təfərrüatlar məlum olub
    mediatek-ve-nvidia-nin-birge-hazirladiqlari-desktop-prosessor-baresinde-teferruatlar-melum-olub
    Orta büdcəli smartfonlar üçün MediaTek Dimensity 8250 prosessoru təqdim edilib
    orta-budceli-smartfonlar-ucun-mediatek-dimensity-8250-prosessoru-teqdim-edilib
    MediaTek Dimensity 9300 Plus flaqman prosessoru təqdim edilib
    mediatek-dimensity-9300-plus-flaqman-prosessoru-teqdim-edilib
    MediaTek Dimensity 9400 prosessoru Apple A17 Pro və Snapdragon 8 Gen 4 ilə rəqabət aparacaq
    mediatek-dimensity-9400-prosessoru-apple-a17-pro-ve-snapdragon-8-gen-4-ile-reqabet-aparacaq