Logo
    main-post-cover

    Orta səviyyəli smartfonlar üçün Snapdragon 7s Gen 3 prosessoru təqdim edilib

         Qualcomm şirkəti orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 7s Gen 3 adlı yeni prosessorunu təqdim edib. Qualcomm bildirib ki, yeni prosessor keçən ilki Snapdragon 7s Gen 2-dən 20% daha sürətli çalışır. Snapdragon 7s Gen 3 prosessoru TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. Prosessor 8 nüvəlidir və onun tərkibində nüvələr “1+3+4” sxemi üzrə yerləşirlər. Yəni prosessor özündə 2.5 GHz tezlikdə çalışan 1 ədəd böyük nüvəni, 2.4 GHz tezlikdə çalışan 3 ədəd performans nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsini birləşdirir.
         Keçən ilki Snapdragon 7s Gen 2 ilə müqayisədə Snapdragon 7s Gen 3 prosessoru 20% daha sürətlə çalışan CPU-ya, 40% daha sürətlə çalışan GPU-ya və süni zəka ilə bağlı əməliyyatlarda 30% daha böyük performansa sahibdir. Bütün bunlardan əlavə olaraq Snapdragon 7s Gen 2-dən fərqli olaraq Snapdragon 7s Gen 3-ün enerji sərfiyyatı 12% daha aşağıdır. Üstəlik prosessor NPU AI Engine adlı çip hesabına cihazlarda generativ süni zəka imkanlarına da sahib olacaq. Snapdragon 7s Gen 3 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, 200 MP-ə kimi kameraları, 16 GB-a kimi RAM yaddaşlarını, UFS 3.1 standartlı daxili yaddaş həcmlərini, Wi-Fi 6E-ni və Bluetooth 5.4-ü dəstəkləyir. Qualcomm-un bu yeni prosessoruna sahib ilk smartfonlar bu ilin sonuna kimi satışa çıxacaqlar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Orta səviyyəli smartfonlar üçün Snapdragon 7s Gen 3 prosessoru təqdim edilib | Technote