
Orta səviyyəli smartfonlar üçün yeni Snapdragon 450 çipi təqdim olundu
Elm & Texnologiya
28.06.2017
Emil
“Qualcomm” şirkəti, orta qiymət göstəricili smartfon və planşetlər üçün nəzərdə tutulmuş yeni Snapdragon 450 çipini təqdim etdi.

Yeni çip, 14 nanometrlik prosessor üzərində qurulub və ikili
kamera ilə sürətli enerji yığma funksiyasını dəstəkləyir. Snapdragon 450, “Qualcomm”un Snapdragon 435
çipini əvəz edəcək. Belə ki, yeni prosessor və qrafik sürətləndirici əvvəlki
modeldən 25% daha güclüdür. Texniki göstəricilərinə gəldikdə yeni Snapdragon
450, 1.8 GHz tezlikli 8 nüvəli Cortex-A53 prosessoru, 600 MHz tezlikli Adreno
506 qrafik özəlliyi, FinFET texnologiyalı 14 nanometrlik texprosessor ilə təchiz
olunub. Yeni Snapdragon 450 həmçinin enerji cəhətdən də çox efektivdir. Bu çipə
sahib olan smartfonlar, Snapdragon 435 çipinə sahib olan smartfonlardan 4 saat
daha çox çalışa biləcəklər. Bundan əlavə olaraq smartfonda oyunlar oynayan
zaman enerji sərfiyyatı 30% aşağı düşəcək. Yeni çip sürətli enerji yığma
funksiyasını dəstəkləyir və çipin yaradıcıları 35 dəqiqə ərzində 80% enerji
yığmanı təsdiqləyirlər. Daha bir yenilik isə ondan ibarətdir ki, Snapdragon
450-ə ikili kamera dəstəklənməsi əlavə olunub. Belə ki, yeni çip, 13 MP-lik
ikili arxa kameranı və ya 21 MP-lik tək arxa kameranı dəstəkləyir. Bu çipə
sahib smartfon, saniyədə 60 kadr vasitəsilə Full HD videoçəkiliş sərgiləyə bilər.
Snapdragon X9 modemi sayəsində Snapdragon 450, saniyədə 300 Mbit internet sürətini
də dəstəkləyir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
