main-post-cover

    Oxunmuş materialın başa düşülməsində süni zəka insanı geridə qoydu

    Elm & Texnologiya
    15.01.2018
    Farid Pardashunas
    Çinin internet nəhəngi olan “Alibaba Group” oxunmuş materialın başa düşülməsi üzrə insanı geridə qoyan süni zəka modelini yaradıb.
    Bu barədə Bloomberg saytı xəbər verib. Saytın məlumatına əsasən Stenford Universiteti tərəfindən yaradılmış xüsusi test robotun oxunulmuş materialı anlamasını qiymətləndirən ən nüfuzlu üsullardan biridir. Həmin test üsulu özündə Wikipedia-dakı 500 məqalədən olan 100.000 sualı birləşdirir. Test robotun böyük məlumatları emal etmək bacarığının və verilmiş suallara dəqiq cavab verilməsinin qiymətləndirilməsinə yardımçı olur.
    Tədqiqat nəticələrinə əsasən “Alibaba” tərəfindən yaradılmış süni zəka testi 82.4 xal ilə yekunlaşdırıb. Onunla rəqabətdə olmuş insanların nəticələri isə 82.3 xal olub. “Alibaba”nın sözlərinə əsasən bu, bu cür testdə süni zəkanın insanı geridə qoyduğu ilk haldır. Bu cür nailiyyəti həmçinin “Microsoft” şirkətinin yaratdığı süni zəka da qazanıb. Test nəticəsində onun yığdığı xal isə 82.7 olub. Lakin testlərin nəticələri bir gün gec müəyyən edilib. Qeyd etmək lazımdır ki, süni zəka dedikdə insanın proqrama öncədən yeritdiyi əmrləri deyil, həmdə özünü inkişaf etdirən və insan tərəfindən proqrama yeridilməyən əmrləri yerinə yetirən qəliz sistemlər nəzərdə tutulur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər