main-post-cover

    Oyunlardakı kənar personajları canlandıra biləcək texnologiya təqdim edilib (VİDEO)

    Elm & Texnologiya
    15.01.2024
    Emil Nəcəfov
         Neyron şəbəkələrinin ilk dəfə işıq üzü gördükləri zamanlarda bir çoxları bu texnologiyanın vasitəsilə kompüter oyunlarının hazırlanma proseslərinin necə dəyişə biləcəkləri mövzusunda təsəvvürlər yaradırdılar. İndi isə məlum olub ki, kompüter oyunlarındakı NPC-lərin (non-playable character / qeyri-oyunçu personajı) fərdi zəkaya sahib olacaqları dövr düşünüldüyündən daha yaxın ola bilər. NVIDIA şirkəti Convai adlı şirkət ilə birlikdə Avatar Cloud Engine (ACE) texnologiyasının yeni versiyasını təqdim edib.
         Bu, neyron şəbəkəsi əsasında çalışan alətlər toplusudur və o, oyun tərtibatçılarının işlərini sadələşdirmək üçün nəzərdə tutulub. ACE kompüter oyunlarındakı NPC-ləri canlandırmağa istiqamətlənib. Neyron şəbəkəsi bu və ya digər NPC-nin replikalarını, üz mimikasını və hərəkətlərini tərtib edir, NPC-nin ifadələrini avtomatik şəkildə səsləndirir və üstəlik NPC-nin ətrafda baş verənlərə reaksiya verməsində yardımçı olur. Bu, hələ ki, təlimatlandırılan və təkmilləşdirilən işlək modellərdir. Lakin ola bilsin ki, artıq yaxın gələcəkdə canlı NPC-lər kompüter oyunlarının ayrılmaz hissəsinə çevrilsinlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NVIDIA GeForce RTX 40 SUPER videokartlarının hansı performansda çalışdıqları məlum olub
    nvidia-geforce-rtx-40-super-videokartlarinin-hansi-performansda-calisdiqlari-melum-olub
    Stock fotoların tərtibatı üçün yeni süni zəka platforması təqdim edilib
    stock-fotolarin-tertibati-ucun-yeni-suni-zeka-platformasi-teqdim-edilib
    NVIDIA GeForce RTX 40 SUPER videokart seriyası təqdim edilib - QİYMƏTİ
    nvidia-geforce-rtx-40-super-videokart-seriyasi-teqdim-edilib-qiymeti
    NVIDIA GeForce RTX 40 SUPER videokartlarının hansı həcmdə video yaddaşa sahib olacaqları məlum olub
    nvidia-geforce-rtx-40-super-videokartlarinin-hansi-hecmde-video-yaddasa-sahib-olacaqlari-melum-olub
    NVIDIA-nın GeForce RTX 50 videokart seriyası nə zaman satışa çıxacaq?
    nvidia-nin-geforce-rtx-50-videokart-seriyasi-ne-zaman-satisa-cixacaq