Öz qiymətindən daha bahalı: iPhone Xs Max'ın maya dəyəri nə qədərdir?

Öz qiymətindən daha bahalı: iPhone Xs Max'ın maya dəyəri nə qədərdir?

Texnologiya
26.09.2018 PAYLAŞIM

    iPhone Xs Max modeli nəinki flaqman özəllikləri özündə birləşdirdi, həmdə keçən ilki 999$ qiymət göstəricisini də keçdi. Belə ki, versiyasından asılı olaraq iPhone Xs Max modelini almaq istəyən hər hansı bir şəxs 1099-1499$ ödəməlidir. TechInsights saytının mütəxəssisləri iPhone Xs Max modelinin daxili komponent qiymətlərini araşdırmaqla smartfonun əsl qiymətini öyrənməyə çalışıblar. Qeyd etmək lazımdır ki, alıcılar arasında bu modelin ən məşhur versiyası məhz 256 GB daxili yaddaşa sahib olanıdır.

    Mütəxəssislərin hesablamalarına əsasən bir belə cihazın istehsalına Apple şirkəti 443$ xərcləyir. Keçən ilki iPhone X ilə müqayisədə yeni model 50$ bahalaşıb. Mütəxəssislərin fikrincə Xs Max modelinin ən bahalı komponenti məhz OLED ekranıdır. Onun qiyməti 80.5$ təşkil edir. Apple A12 Bionic prosessoru da daxil olmaqla mikrosxem hissələrinin yığılması 72$-a başa gəlir. 256 GB daxili yaddaşın istehsalına 64$, şüşədən olan korpusun istehsalına 58$, hər bir kamera komplektinə isə 44$ xərclənir.

Bənzər xəbər


    Başa düşmək lazımdır ki, 443$ yalnız smartfonun istehsalı üçün lazımdır. Bu mərhələdə şirkət tərəfindən xərclənən əlavə vəsaitlər nəzərə alınmır. Məsələn yeni iOS sisteminin yradılması və yeni smartfon modelləri üçün uyğunlaşdırılması, logistika və nəhayət reklam. Bütün bunlar həmçinin şirkət tərəfindən maliyyələşdirməyə ehtiyac duyur. Lakin sadalanmış bütün bu xərclərin fonunda Apple şirkəti yeni iPhone modelləri sayəsində külli miqdarda gəlir əldə edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×