main-post-cover

    Özünü inkişaf etdirmək istəyən xanımların nəzərinə

    02.08.2018
    Bot Lala
    WoWoman xanımların inkişaf platforması ABŞ səfirliyinin dəstəyi ilə növbəti "WoWoman in Me " adlı layihəsinə start verir.
    Technote.az-ın məlumatına görə, 10 sessiyadan ibarət proqram xanımlarda kommunikasiya və idarəçilik bacarığını artırmaq, proaktiv düşüncə tərzini aşılamaq, sahibkar ruhunu aşkara çıxarmaq məqsədi ilə yaradılıb və iştirakçıların fərdi və peşəkar inkişafına dəstək olmağı hədəfləyir.
    "WoWoman in Me" proqramında tələbələr və genc peşəkar xanımlar iştirak edə bilər.
    WoWoman platformasının əksər layihələri kimi, bu proqram da tamamən ödənişsiz olacaq.
    Bu proqram WoWoman platformanın təsisçisi Zara Hüseynovanın şəxsi və peşəkar təcrübəsinə, onun Harvard, MIT, Stanford və digər universitetlərdə iştirak etdiyi konfranslarda və təlimlərdə əldə etdiyi biliklərə, TED çıxışına və AIESEC təcrübəsinə əsaslanaraq hazırlanıb.
    Sentyabr və oktyabr aylarında keçiriləcək 5 modul başa çatdıqdan sonra növbəti 3 ay ərzində xanımlar fərdi mentorların nəzarəti ilə öyrəndiklərini tətbiq edəcəklər.
    Tanınmış 25 peşəkar mentor 3 aylıq fərdi mentorluq müddətində məqsədlərinizə çatmaqda yardım etmək üçün öz zaman və enerjilərini sizlərə həsr edəcək.
    Qeydiyyat üçün avqustun 14-nə qədər bu linkdən müraciət edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər