'Panasonic' şirkəti 'ağıllı' şəhər tikintisinə başlayıb

'Panasonic' şirkəti 'ağıllı' şəhər tikintisinə başlayıb

Texnologiya
15.01.2018 PAYLAŞIM

“Panasonic” istehlak elektronikası istehsal edən məşhur şirkətlərdən biridir.

Lakin son illərdə şirkət yüksək texnokloji şəhər dizaynları istiqamətində inkişaf edir. Bu sahədə onun ən böyük layihəsi 2026-cı ildə sonlanması planlaşdırılan və ABŞ-da tikiləcək “ağıllı” şəhərdir. Bu layihə “Panasonic” şirkətinin CityNow adlı böyük proqramının bi hissəsidir. Bu barədə Business Insider saytı xəbər verib. Məlumata əsasən layihə Kolorado ştatındakı Denver adlı hava limanına yaxın ərazidə reallaşdırılacaq. 162 hektarlıq boş ərazidə artıq pulsuz Wi-Fi qovşağı, işıq diodlu küçə fənərləri, havanın çirklənməsini ölçən ötürücülər, günəş panelləri və izləmə kameraları yerləşdirilib.

Elektroenerjinin kəsilməsi halında rayon 72 saat ərzində avtonom şəkildə var ola biləcək. “Ağıllı” şəhərin funksionallığında əsas rolu pilotsuz nəqliyyat növləri oynayacaqlar. Artıq yaz fəslində orda pilotsuz avtobuslar istifadəyə veriləcək. Gələcəkdə ərazinin 24 km-lik şossesində yüksək texnoloji Road X sistemi quraşdırılacaq. Həmin sistem pilotsuz avtomobillər ilə məlumat mübadiləsi aparacaq və məsələn avtomobillərə optimal yolu məsləhət görəcək.


Layihənin bu hissəsinin qiyməti 72 milyon dollardır və ABŞ-ın Nəqliyyat Nazirliyi ilə birlikdə hazırlanır. Yeni texnologiyalar Denver ərazisi sakinlərinin həyatlarını sadələşdirəcək. Məsələn ağıllı fənərlər enerjinin az miqdarda sərf olunmasını təmin edəcək və “işıq çirklənməsi”nin qarşısını alacaq. Kolorado ştatının paytaxtının əhalisi hər il 15.000 insan şəklində artır. Bu cür göstərici isə yollarda tıxac və əlverişli yaşayış yerlərinin tapılması problemlərini yaradır. Yeni rayonda olacaq innovasiyalar bu cür problemləri aradan qaldıracaq. Layihənin uğurlu olacağı halında bu cür şəhərlər ABŞ-ın digər yerlərində də yaradıla bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini a..

Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji pros..


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..

×