main-post-cover

    Parkinson xəstələri üçün nəfəs alma üsulu ilə çalışan yeni beyin implantı yaradılıb

    Elm & Texnologiya
    20.11.2022
    Farid Pardashunas
        Konnektikut Universitetinin (Konnektikut ştatı) mütəxəssisləri Parkinson xəstəliyindən əziyyət çəkən pasientlər üçün yeni beyin implantı yaradıblar. Yaradılmış beyin implantı beynin zədələnmiş sahələrini döş qəfəsində yerləşən triboelektrik (sürtünmə nəticəsində yaranan elektrik yükləri) batareya tərəfindən generasiya edilən elektrik yükləri ilə təmin edir. Sözügedən beyin implantı pasientin sağ olduğu müddətcə çalışır. Mütəxəssislərin yaratdıqları bu beyin implantı triboelektrik enerjidən istifadə edir. Sözügedən enerji isə pasientin nəfəs aldığı zaman döş qəfəsində yaranan nəfəs alma hərəkətləri vasitəsilə generasiya edilir. Belə ki, pasientin nəfəs alma və vermə prosesi zamanı döş qəfəsi divarları batareyaya sürtünərək cərəyan yaradır.
        Həmin cərəyan batareyanı enerji ilə təmin edir və batareya öz növbəsində beyin implantının çalışmasını təmin edir. Beyin implantı isə pasientin hərəkət funksiyalarından cavabdeh olan beyin sahələrinin aktivliklərini nizamlayır. Sözügedən beyin implantı vasitəsilə pasient Parkinson xəstəliyi ilə əlaqəli olan qeyri-ixtiyari bədən hərəkətlərini (tremor) və oynaqlarının sərtliyini aradan qaldıra bilər. Qeyd etmək lazımdır ki, sözügedən beyin implantı texnologiyasının insan bədəninə yerləşdirilməsi üçün cərrahiyyə prosesini reallaşdırmaq lazım gələcək. Belə ki, beyin implantını enerji ilə təmin edən batareya pasientin döş qəfəsinə yerləşdirilməlidir. Hal hazırda bu texnologiya heyanlar üzərində test olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər