main-post-cover

    Parkinson xəstələrinin simptomlarını yüngülləşdirəcək cihaz hazırlanır

    Elm & Texnologiya
    06.06.2022
    Emil Nəcəfov
        London İmperial Kollecinə məxsus olan Charco Neurotech şirkəti Parkinson xəstələrinə yardımçı olacaq CUE1 adlı cihaz üzərində çalışır. Parkinson xəstəliyindən əziyyət çəkən insanların simptomlarının təsirlərini aşağı salmaq üçün sözügedən cihaz xüsusi vibrasiyalar yaradır və vibrasiyalar lazımi siqnalların beyinə ötürülməsini təmin edir. Parkinson xəstələyindən əziyyət çəkən insanlarda hərəkətlərin ləng şəkildə yerinə yetirilməsi və əzələlərin çalışmasında pozğunluq müşahidə edilir. Müasir tibb sahəsinin fikrincə bunun əsas səbəbi beynin subtalamus adlı nüvəsində və ixtiyari hərəkətlərin yerinə yetirilməsindən cavabdeh olan sahəsində beta aktivliyin həddindən çox olması ilə əlaqədardır.
        CUE1 adlı cihaz sözügedən xəstəlikdən əziyyət çəkən şəxsin sinə hissəsinə bərkidilir. Daha sonra o özünün fokuslanmış vibrotaktil stimulyasiyası vasitəsilə sinir siqnallarını yaradır və onları beyinə ötürərək beta tezliklərin patoloji aktivliklərini aradan qaldırır. Bundan əlavə olaraq cihaz tərəfindən generasiya edilən vibrasiyalar hərəkət etməyə və əzələlərin normal çalışmalarına təkan verən siqnallar rolunda çıxış edə bilərlər. CUE1 həm avtonom şəkildə həm də xüsusi tətbiq vasitəsilə idarə edilmə rejimində çalışa bilir. Cihazın generasiya etdiyi vibrasiyaların güclərini və tezliklərini xüsusi tətbiq vasitəsilə ayarlamaq mümkündür. Bundan əlavə olaraq sözügedən cihaz bu xəstəlik üçün nəzərdə tutulmuş dərman preparatlarının qəbulunu pasientin yadına da sala bilər. Gözləntilərə əsasən CUE1 adlı cihaz 371$ qiymətində satışa çıxacaq.
    Linki kopyala