main-post-cover

    Pavel Durov Apple şirkətini yenidən sərt şəkildə tənqid edib

    Elm & Texnologiya
    20.05.2021
    Emil Nəcəfov
        Telegram-ın yaradıcısı Pavel Durov yenidən Apple şirkətini sərt şəkildə tənqid edib. O bildirib ki, Apple köhnəlmiş təchizatının alıcılara baha qiymətə satılması əsasında qurulmuş biznes modelini çox effektiv şəkildə reallaşdırır. O həmçinin əlavə edib ki, o, Telegram-ın iOS versiyasını test edən zaman sanki orta əsrlərə qayıdır. Onun sözlərinə əsasən iPhone-ların 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranları Android-də rast gəlinən 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlarla rəqabət apara bilməzlər. Həmin Android smartfonlar daha axıcı animasiyalara sahibdirlər. Pavel Durov düşünür ki, iPhone-a sahib olmaq Apple şirkətinin rəqəmsal quluna çevrilmək deməkdir. O bu sözləri deyərək onu nəzərdə tutub ki, iPhone istifadəçilərinə yalnız Apple ekosisteminə daxil olan servislərdən istifadə etməyə icazə verilir.
    Linki kopyala