PayPal-a ani pul köçürmələri funksiyası gəlib

PayPal-a ani pul köçürmələri funksiyası gəlib

Texnologiya
21.06.2017 PAYLAŞIM

“PayPal”ın əməliyyatlar üzrə baş mütəxəssisi Bill Ready, sözügedən servisdə yeni funksiyanın beta testini elan edib.

Söhbət, servisin digər istifadəçilərinə ani pul köçürmələrindən gedir. Hələki bu yeni funksiya yalnız ABŞ istifadəçiləri üçün aktivdir. Ani P2P köçürmələr bazarı getdikcə rəqabətli olmağa başlayıb. 2013-cü ildə Venmo adlı startapın alışından sonra “PayPal” bu bazarda lider şirkət olmağa hazırlaşırdı. “Apple” şirkətinin öz iMessage-i vasitəsilə ani pul köçürmələri özəlliyini nəzərə alsaq, “PayPal” hal hazırda bu bazarda digər şirkətlərə çatmalıdır. Hal hazırda öz yaxınlarına və ya dostlarına pul vəsaitləri göndərmək istəyən PayPal istifadəçiləri, bank hesabına vəsaitin göndərilməsi adlı pulsuz funksiyadan istifadə edirlər. Lakin bu funksiyanın həyata keçirilməsi üçün standart olaraq 1 gün lazımdır. Ani pul köçürmələri isə bu müddəti 2-3 dəqiqəyə kimi endirir. Lakin bununla yanaşı bu funksiyadan istifadə üçün 0.25$ komissiya ödəmək lazım gələcək. Hal hazırda bu funksiya beta test mərhələsində yalnız bəzi ABŞ istifadəçiləri üçün aktivdir. Yaxın bir neçə həftə və ya ay ərzində yeni funksiya bütün ABŞ istifadəçiləri üçün aktiv olacaq. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon özünün qlobal internet layihəsinin peyklərini Yer kürəsinin orbitinə yerl..

Amazon şirkətinin peyklərinin Yer kürəsinin orbitinə çatdırılması üçün United Launch Alliance şirkət..


Apple iPad Pro 2021, iMac 2021 və AirTag trekeri təqdim olunub - QİYMƏTİ

Apple şirkəti dünən yeni məhsullarının təqdimatını keçirtdi. Təqdimat çərçivəsində ən nəzərə çarpan ..


MediaTek dünyanın ilk 4 nanometrlik mobil prosessorunu hamıdan əvvəl təqdim edə ..

Tayvanın MediaTek şirkəti keçən il nəzərə çarpacaq nəticələr əldə etmişdi və hətta istehsal olunmuş ..


2030-cu ildən Vaşinqton ştatında benzinlə çalışan minik avtomobilləri qadağan ed..

Vaşinqtonun qanunverici orqanı yeni “Clean Cars 2030” adlı qanunu qəbul edib.


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.

×