main-post-cover

    Pentaqon hərbi yük daşımaları üçün SpaceX raketlərindən istifadə etməyi planlaşdırır

    Elm & Texnologiya
    15.10.2020
    Farid Pardashunas
        Pentaqonun nəqliyyat komandanlığı SpaceX şirkəti ilə birlikdə Yer kürəsinin istənilən nöqtəsinə tonlarla yükü sürətli şəkildə daşıya biləcək xüsusi raketlərin hazırlanmasına qərar verib. Bu cür texnologiya yük daşınması sahəsində əsl inqilab yarada bilər. Belə ki, C-17 adlı hərbi yük təyyarəsi Kaliforniyadan Okinavaya yükü 12 saata çatdırır. Xüsusi raket isə bu tapşırığın öhdəsindən yarım saata gələ bilər. Bu barədə Vc.ru saytı xəbər verib. Hal hazırda Pentaqon ilə SpaceX şirkəti bu cür raketlərin hansı üsulla göndərilməsini müzakirə edirlər.
        Versiyalardan birinə əsasən yük daşınması üçün nəzərdə tutulmuş raket ABŞ-ın kosmik bazasından start götürərək Yer kürəsinin orbitinə çatacaq və ordan Yer kürəsinin lazımi nöqtəsinə yönləndiriləcək. Digər bir versiyaya əsasən isə lazımi yük kosmik gəmiyə yerləşdiriləcək və o, Yer kürəsinin orbitinə göndəriləcək. Orbitdə müəyyən vaxt qaldıqdan sonra kosmik gəmi lazımi eniş nöqtəsinə yönləndiriləcək. Bu ideyanın əsas problemli hissəsi məhz maliyyə tərəfidir. Belə ki, 25 ton ağırlığında yükün Falcon 9 raketi vasitəsilə çatdırılmasının qiyməti 28 milyon dollar təşkil edir. C-17 hərbi təyyarəsinin ABŞ-dan Yaponiyaya uçuşu 4 dəfə daha ucuz başa gəlir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər