Perseverance aparatı və Ingenuity dronu köhnə platformalar əsasında çalışırlarmış

Perseverance aparatı və Ingenuity dronu köhnə platformalar əsasında çalışırlarmış

Texnologiya
24.02.2021 PAYLAŞIM

    Bir neçə gün bundan öncə Mars planetinə eniş etmiş Perseverance aparatı Ingenuity adlı kompakt drona sahibdir. Məlum olub ki, NASA-nın ən iddialı missiyalarından birində iştirak edən 1.8 kq ağırlığındakı bu dron açıq mənbəli koda sahib Linux əməliyyat sistemi vasitəilə çalışır və köhnəlmiş Snapdragon platforması əsasında qurulub. Belə ki, sözügedən dron 7 il bundan öncə təqdim edilmiş Snapdragon 801 prosessoru ilə təchiz olunub.

    Maraqlısı ondadır ki, Perseverance aparatının özü isə daha köhnə platforma əsasında qurulub və VxWorks adlı fərdi əməliyyat sistemi vasitəsilə çalışır. Aparatın performansı 1998-ci ilin Mac kompüterlərinin performansları ilə eyni səviyyədədir. Drona gəldikdə isə onun daxilində olan prosessorun performansı 2014-cü ilin smartfonlarının performansları ilə eyni səviyyədədir. Hesablama gücü baxımından dron LG G3, Galaxy S5, HTC One M8 OnePlus One smartfonları ilə eynidir.


    Ingenuity 0.5 MP-lik naviqasiya kamerası və 4K çəkilişlər üçün nəzərdə tutulmuş 13 MP-lik əsas kamera ilə təchiz olunub. Bundan əlavə olaraq dron Perseverance aparatından 800 metr məsafə uzaqlığında saniyədə 250 Kbit (kilobit) sürətlə məlumat ötürülməsini təmin edən radioötürücünü özündə birləşdirir. NASA-nın missiyasına əsasən bu dron 30-60 gün ərzində Perseverance aparatını müşaiyət edəcək. Bir neçə gün bundan öncə Marsdan əldə edilmiş məlumatları analiz edəndən sonra NASA mütəxəssisləri bildiriblər ki, dronun batareyaları tamamilə normal çalışırlar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×