
Philips 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ
Elm & Texnologiya
20.10.2023
Philips şirkəti Evnia 27M2N5510J adlı yeni gaming monitorunu təqdim edib. Sözügedən yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekran DCI-P3 rəng diapazonunun 90%-ni, sRGB rəng diapazonunun isə 99%-ni əhatə edir. Bu səbəbdən də ekran yüksək səviyyədə rəng ötürməsi imkanına sahibdir. Monitor özündə 2 ədəd HDMI 2.0 girişini, DisplayPort 1.4 girişini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Philips Evnia 27M2N5510J yaxın zamanda Çində 177$ qiymətində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir.
philips
philips gaming monitor
philips evnia 27m2n5510j
philips evnia 27m2n5510j specs
philips evnia 27m2n5510j price
philips evnia 27m2n5510j qiymeti
tech
texnoloji xeberler
tech news
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...