Logo
    main-post-cover

    Philips Evnia 32M2C5500W adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    22.11.2023
    Emil
         Philips şirkəti yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor Philips Evnia 32M2C5500W adını əldə edib. Beləliklə sözügedən monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 32 düym LCD ekranla təchiz olunub. Monitorun özü bir qədər əyilmiş dizaynda reallaşdırılıb. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. O, DCI-P3 rəng diapazonunun 92%-ni əhatə edir. Üstəlik monitor gözlərə olan yüklənməni aşağı salmaq üçün nəzərdə tutulmuş LowBlue adlı rejimə və ekrandakı mətn formatında kontentlərin və faylların rahat şəkildə oxunması üçün EasyRead adlı rejimə sahibdir. Philips Evnia 32M2C5500W özündə AMD FreeSync Premium Pro texnologiyasının dəstəyini birləşdirir. O, HDMI 2.0, DisplayPort 1.4 girişlərinə və USB 3.2 hub-na sahibdir. Philips Evnia 32M2C5500W artıq Avropada satışa çıxıb və 550 avroya satılır.
    Paylaş