
“Philips” tərəfindən
inkişaf etdirilməkdə olan smarton telefon modeli S329, “Tenaa” qeydləri vasitəsilə
ortaya çıxdı.
Dünyanın ən böyük elektron şirkətlərindən biri olan Philips, smartfon telefon bazarında aktiv bir şəkildə iştirak etməsə də, uzun aralar ilə yeni modellərinin təqdimatını reallaşdırır.
Galaxy S6 haqqında hər şey!
Üst səviyyə bir smartfon telefon hazırlığı içərisində olduğu bilinən Philipsin, bu dəfə yeni bir modelin üzərində çalışdığı ortaya çıxdı.
Çinin telekommunikasiya cihaz nəzarətçi TENAA-nın qeydlərində görülən Philipsin yeni smartfon telefonu S329 model nömrəsi ilə qarşımıza çıxır.
Philips S329 xüsusiyyətləri
və dizaynı.
5 inç ölçüsündə 1280x720 piksel keyfiyyət əmsalı təqdim edən IPS ekrana və 1.5 GHz sürətində işləyən səkkiz nüvəli bir prosessora sahib olan Philips S329, 3 GB RAM ilə birlikdə gələcək.
16 GB daxili yaddaşı sahəsi microSD kart ilə 64GB-a qədər artırıla bilən smartfon telefon, 3000 mAh tutumlu bir batareyadan güc alacaq və Android 7.0 Nougat əməliyyat sistemi ilə təqdim olunacaq.
13 megapiksel keyfiyyətində arxa və 5 megapiksel keyfiyyətində ön kameranın yer alacağı Philips S329, 145 qram ağırlığında və 143.4 x 70.4 x 9.15 mm ölçülərində olacaq.
Şərh yoxdur