Logo
    main-post-cover

    Pilotsuz avtomobillərin istehsalına ümumilikdə nə qədər vəsaitin investisiya olunduğu hesablanıb

    Elm & Texnologiya
    18.10.2017
    Emil
    Pilotsuz avtomobil istehsalı barədə bir çox şirkətlər artıq elan ediblər.
    ABŞ-da analitik tədqiqatlarla məşğul olan Brukinq İnstitutu həmin şirkətləri və robomobil istehsalına yatırılmış vəsaitləri hesablamağa çalışıb. Bu barədə Electrek saytı xəbər verir. İnstitut qeyd edib ki, o, 160 şirkət müqaviləsini incələyib. Onların arasında investisiyalar, əməkdaşlıq müqavilələri və bir robomobil istehsalçısının digər robomobil istehsalçısını alması üzrə müqavilələr də var. İncələnmiş məlumatlar nəticəsində məlum olub ki, robomobil istehsalına ümumilikdə 80 milyard dollar investisiya yatırılıb.

    Qeyd etmək lazımdır ki, institut yalnız açıq mənbələrə sahib olub. Faktiki olaraq bu sahə üzrə yatırılmış investisiyaların ümumi miqdarı daha çox ola bilər. Hər halda bu cür miqyas sevindirməyə bilməz. Analitiklər böyük miqdarda investisiyaları, süni zəka sahəsində baş verən boom effekti ilə əlaqələndirirlər. Bir çox şirkətlər üçün süni zəka hal hazırda əsas məqsəddir. Pilotsuz avtomobillər isə süni zəkanın istifadəsində anlaşılan və ideal sahədir. Mütəxəssislərin fikrincə texnoloji şirkətlər, ənənəvi avtomobil istehsalçıları, cihaz təchizatçıları və hesablayıcı güc arasında xüsusi əlaqə yaranıb. Onlardan hər biri, rəqibin olmaması faktorundan istifadə edərək heç olmasa müəyyən müddətlik süni zəka sahəsində lider olmağı istəyir.

    Buna görə də yatırılmış hər bir investisiya, geri qalmaq istəməyən digərləri tərəfindən investisiyaların yatırılmasına gətirib çıxarır. Avtomobil sahəsindəki süni zəkanın yaradılmasında bir çox şirkətlər iştirak edirlər. “Google” və “Uber” üçün bu, böyük gəlir mənbəyi ola biləcək daha bir texnoloji layihədir. General MotorsFord kimi şirkətlər də bunda təbii ehtiyac duyurlar. Çünki avtomobil sənayesi dəyişir və digərlərindən geridə qalmaq olmaz. Bu sahədə olan ilk şirkətlərin tələblərinə uyğun olaraq “Bosch”, “Nvidia” və “Intel” kimi cihaz istehsaçıları olan şirkətlər də trenddən geri qalmırlar. Belə ki, sadalanmış bu şirkətlər pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş xüsusi prosessor və videokart istehsalına külli miqdarda investisiyalar yatırırlar. Nəticədə bu sahədə olan investisiyalar böyüyür və böyümək də davam edəcək.
    Paylaş
    Bənzər xəbərlər