
'Pilotsuz Tesla bu il satışa çıxa bilər'
Elm & Texnologiya
19.01.2018
Emil
Wikipedia-nın yaradıcısı Jimmy Wales-in fikrincə pilotsuz Tesla (4-cü avtopilot səviyyəli) avtomobili bu ilin sonunda və ya bəlkə də ondan da tez satışa çıxacaq.
Bu barədə Wired saytı xəbər verib. “Bunun üçün
Elon Musk yetəri qədər dəlisov insandır” – deyə Jimmy Wales bildirib. Avtomobil
sənayesinin mühəndisləri cəmiyyəti (SAE International) robomobilin 5 avtonomluq
səviyyəsini təyin edib. 5-ci səviyyə avtopilotun real sürücüdən heçnə ilə fərqlənmədiyi
və hətta ondan daha üstün olduğu səviyyədir. Digər 4 səviyyəni isə qeyri-formal
olaraq ayaqlar, əllər, gözlər və beyin adlandırırlar. Bir qayda olaraq
texnologiyaların inkişafı zamanı avtomobil sürən zaman bədənin məhz bu hissələri
lazım olmur. “Mən düşünürəm ki, Tesla şirkəti bir dəfəlik 4-cü avtonom səviyyəli
avtomobili bu il təqdim edəcək” – Wales bildirib.
4-cü səviyyə avtonom rejimi
tamamilə pilotsuz avtomobil deməkdir. Bu halda real sürücünün müdaxiləsi yalnız
ekstremal vəziyyətlərdə ola bilər. Bazara 3-cü avtonom səviyyəli heç bir
Tesla modelinin çıxmadığını nəzərə alaraq Wales-in nikbinliyi təəccübləndirir.
Lakin o düşünür ki, bu işdə tədricilik heç də şərt deyil. “Baxmayaraq ki, 5 səviyyəyə
bölünmə nəzəri cəhətdən məna daşıyır, praktiki olaraq 3-cü və 4-cü səviyyə
arasında fərq yoxdur. Əslində 3-cü səviyyə təhlükəlidir. Çünki o, insandan
adaptasiya olmadığı bacarıqları tələb edir. Əsasən də iki proses üzərində eyni
anda fokuslanmağı, sıxıcı yollarda sayıq olmağı tələb edir. Əgər sizdən yola
fikir vermək tələb olunmursa və bununla yanaşı ehtiyyatlı olmaq lazımdırsa siz
nə ilə məşğul olacaqsınız? Kitab oxuyub, söhbət edib və ya televizora
baxacaqsınız? Qəzadan xilas olmaq üçün siz sıxıcı serialdan ayrılıb millisaniyə
ərzində əl ilə idarə sisteminə keçid edə biləcəksinizmi? Bu halda şanslar yüksək
deyil” – deyə Wales bildirib.
“Tesla”nın hal hazırki avtopilot sistemi 2-ci səviyyəlidir
və o, sürücüdən daimi yola nəzarəti tələb edir. Lakin Wales-in fikrincə insanlar
qismən öz diqqətlərini cəmləyə bilmirlər. 2016-cı ildə bir şəxsin Model S
avtomobili ağ rəngdə olmuş yük maşınını səmanın bir hissəsi kimi qəbul etmişdi.
Sürücü isə bu zaman avtomobildə film izləyirdi. Nəticədə o, vaxtında avtomobili
saxlaya bilmədi və avtomobil yük maşını ilə qəzaya düşdü. Hadisə zamanı sürücü
vəfat etmişdi. Faktiki olaraq həmin qəza sürücünün səhvi ucbatından baş
vermişdi. İnsanlar isə “Tesla” şirkətinin avtomobillərini almağa davam etdilər.
Walse-in fikrincə brendin pərəstişkarlarının bu cür düçüncəsi tamamilə avtonom
avtomobilin yaradılmasını şirkətə zəmanət verir. Bu isə o deməkdir ki,
Elon Musk digər avtomobil istehsalçılarından fərqli olaraq daha böyük risklərə
gedə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
