Logo
    main-post-cover

    Planetdəki ortalama temperatur kritik sərhəddən iki dəfə yüksək ola bilər

    Elm & Texnologiya
    15.10.2024
    Emil
         Tədqiqatçılar güman edirlər ki, insanların bütün səylərinə baxmayaraq planetin qlobal istiləşməsini məhdudlaşdırmaq mümkün olmayacaq və o, 1.5 dərəcə Selsi temperatur sərhədini keçəcək. Yer kürəsi artıq Helen Milton kimi qasırğalardan əziyyət çəkir. Braziliyada ekstremal quraqlıq müşahidə edilir. Müşahidə edilən quraqlıq səbəbilə böyük çaylar quruyur və onların yataqları boş vəziyyətdə qalır. Üstəlik bütün dünyada ekstremal isti hava səbəbilə insanların həyatlarını itirmələri halları da müşahidə edilir. Alimlər hesab edirlər ki, bu, fəlakətin yalnız başlanğıcıdır və növbədə bizləri daha çətin vəziyyətlər gözləyir.
         Sidney UniversitetininOreqon Dövlət Universitetinin alimləri düşünürlər ki, dövlətlər hətta atmosferə zərərli tullantıların məhdudlaşdırılması üzrə məqsədlərinə çatsalar belə planetdəki ortalama temperatur 2.7 dərəcə Selsiyə kimi yüksələ bilər. Bu, iqlim dəyişikliyinin qarşısının alınmasına istiqamətlənmiş Paris sazişi tərəfindən təyin edilmiş ortalama temperatur göstəricisindən 2 dəfə yüksəkdir. Təəssüflər olsun ki, insanlar bu cür ekstremal hava şəraitinə adaptasiya olmayıblar. İnsan sivilizasiyası həyat üçün əlverişli olan şərait çərçivəsində formalaşıb. Sivilizasiyanın formalaşdığı zamanlarda planetdəki temperatur nə çox isti nə də çox soyuq idi. Lakin görünür, əlverişli şərait dövrü artıq sona doğru irəliləyir.
         Artıq bir neçə onillikdən sonra planetdəki hava şəraiti daha təhlükəli ola bilər. Tədqiqatçıların sözlərinə əsasən təbii yanacaq məhsullarının yandırılması səbəbilə atmosferə ifraz edilən tullantıların miqdarı hələ də yüksəkdir. Bu isə öz növbəsində planetdəki temperatur göstəricisinin rekord həddə çatmasına şərait yaradır. Mütəxəssislər təyin ediblər ki, son onilliklər ərzində təbii yanacaq növlərindən istifadə tempi 14 dəfə yüksəlib. Bu isə planetdə ciddi iz qoymaya bilməzdi. Məlumdur ki, 2023-cü il indiyənə kimi müşahidə edilmiş illər arasında ən isti keçmiş il olub. Alimlər şübhə etmirlər ki, 2024-cü il bu mövzuda yeni rekorda imza atacaq. İnsanlar təbii yanacaq ilə bağlı problemi həll etməsələr, atmosferdə parnik qazlarının miqdarı yüksəlməyə davam edəcək və müvafiq olaraq planetdəki ortalama temperatur göstəricisi də yüksələcək.
    Paylaş
    Bənzər xəbərlər
    qlobal-istilesme-sebebile-antarktida-suretle-yasillasir
    Elm & Texnologiya

    Qlobal istiləşmə səbəbilə Antarktida sürətlə yaşıllaşır

    Alimlər aparmış olduqları yeni tədqiqat çərçivəsində Antarktidanın və onun iqliminin müşahidəsinə diqqət ayırıblar.
    2024-cu-ilin-yay-fesli-tarix-erzinde
    Elm & Texnologiya

    2024-cü ilin yay fəsli tarix ərzində müşahidə edilmiş ən isti yay fəsli olub

    Yer kürəsində iqlim böhranı davam edir. İqlim böhranı səbəbilə planetimizin müxtəlif nöqtələrində artıq istilik dalğaları, quraqlıqlar və ekstremal hava şəraitləri müşahidə edilir.
    antarktida-okeanlarin-altindan-yeniden-isiq-uzune-cixir
    Elm & Texnologiya

    Antarktida, okeanların altından yenidən işıq üzünə çıxır!

    Qlobal iqlim dəyişikliyi dünyamızda dönməz dəyişikliklərə səbəb olur. Lakin bu dəyişikliklər təkcə dəniz səviyyəsinin qalxması ilə məhdudlaşmır. Son araşdırmalar, Antarktidanın okeandan yüksəldiyini və bu yüksəliş planetimizə böyük təsir göstərə biləcəyini ortaya qoyur.
    dunya-okeaninin-temperaturu-son-400-ilde-rekord-hedde-catib
    Elm & Texnologiya

    Dünya okeanının temperaturu son 400 ildə rekord həddə çatıb

    Planetdə artıq cərəyan edən iqlim böhranı təkcə quru sahələrin canlıları üçün deyil, həmçinin dünya okenındakı canlılar üçün də böyük təhlükə mənbəyidir.
    oten-gunlerin-birinde-dunya-tarixinin-en-isti-gunu-yasanib
    Elm & Texnologiya

    Ötən günlərin birində Dünya tarixinin ən isti günü yaşanıb!

    Qlobal istiləşmə və iqlim dəyişikliyi yeni rekordlar qırır. Avropanın iqlim xidməti Copernicus-un məlumatına görə, ötən bazar Yer kürəsi bəşəriyyət tərəfindən ölçülən ən isti gün kimi tarixə düşüb.