Logo
    main-post-cover

    Planetimizdəki bütün su ehtiyatları sürətlə tükənir

    Elm & Texnologiya
    28.03.2025
    Emil
         Yeni bir tədqiqatın narahatedici nəticələri göstərir ki, planetdə quruda saxlanılan “əhəmiyyətli” miqdarda su ehtiyatları artıq tükənib. Söhbət torpaq, göllər və çaylar kimi mənbələrdən gedir. Melburn Universitetinin hidroloq professoru Dongryeol Ryu və onun həmkarı Ki-Weon Seo kompüter modellərinin gözlənilməz nəticə göstərdiyinə təəccübləniblər: Yer üzündəki su ehtiyatlarının - o cümlədən torpaq, çay və göllərdəki suyun - əksəriyyəti artıq tükənmiş vəziyyətdədir. Alimlər əvvəlcə bunun “modeldəki səhv” olduğunu düşünsələr də, bunun araşdırılması 1 il çəkdi və heç bir səhv aşkar olunmadı. Yeni araşdırmada alimlər təsdiqləyiblər ki, qlobal istiləşmə torpaq, göllər, çaylar, qar və digər su anbarlarında saxlanılan su ehtiyatlarını əhəmiyyətli dərəcədə azaldıb.
         Komanda hesab edir ki, bu, kənd təsərrüfatı və dünya okeanının səviyyəsinin qalxması baxımından geri dönməz nəticələrə səbəb ola bilər. Bundan əlavə, alimlər qurudan okeana su ehtiyatlarının kütləvi şəkildə daşınmasının kənd təsərrüfatı üçün xüsusilə təhlükəli olduğunu bildirirlər. Məlumatlar göstərir ki, son təxminən 20 il ərzində Yer torpağındakı nəmişlik 2000 giqatondan çox azalıb. Müqayisə üçün qeyd edək ki, bu göstərici Qrenlandiyanın 2002-2006-cı illər arasında itirdiyi buz miqdarının iki qatıdır. Eyni zamanda, 10 ildə bir dəfə baş verən kənd təsərrüfatı və ekoloji quraqlıqların tezliyi artıb, dünya okeanının səviyyəsi qalxıb və Yer kürəsinin qütbü yerini dəyişib.
         Ryu və həmkarları tədqiqatlarında 3 mənbədən əldə olunmuş məlumatlardan istifadə ediblər - bu geniş məlumat bazası fermerlərin üzləşdiyi “torpaqla bağlı daha dərin həqiqətləri” ortaya çıxarıb. Burada söhbət kəskin hava dəyişikliyindən gedir: Güclü quraqlıqdan sonra fermerlər selə səbəb olan kəskin yağıntı ilə üzləşirlər. Təəssüf ki, bu o demək deyil ki, yeraltı su ehtiyatları bərpa olunub. Tədqiqatın müəllifləri hesab edirlər ki, planetimizin torpaqları artıq elastikliyini itirib və indi sürətlə bərpa olmaq qabiliyyətinə malik deyillər. Daha da pisi odur ki, alimlər bu elastikliyin geri qayıdacağına əmin deyillər - bu, insanların iqlim dəyişikliyinin qarşısını almaq üçün hansı addımlar atacağından və su istifadə tərzini dəyişib-dəyişməyəcəyindən asılı olacaq.
         Reallıq budur ki, artan istilik stresi bitkilərin daha çox suya ehtiyac duymasına səbəb olur - nəticə etibarilə alimlər hesab edirlər ki, su çatışmazlığından ən çox kənd təsərrüfatı, xüsusilə də suvarılan əkinçilik təsirlənəcək. Arizona Universitetinin ətraf mühit elmləri üzrə professoru Katharine Jacobs-un sözlərinə görə, Yer üzündə daha əvvəl baş vermiş və gələcəkdə də baş verməsi ehtimal olunan uzunmüddətli iqlim dəyişiklikləri mövcuddur. Onlardan bəziləri yuxarıda təsvir olunan tendensiyanı geriyə döndərə bilər, lakin alimlər hesab edirlər ki, bu, bizim həyatımız dövründə baş verməyəcək. Tədqiqat həmçinin Yer kürəsinin fırlanmasında baş verən kiçik dalğalanmaların izahını da təsdiqləyir - bu dəyişikliklər planetin nəmişlik səviyyəsinin dəyişməsi ilə əlaqəlidir.
    Mənbə: Phys.org
    Paylaş
    Bənzər xəbərlər
    yer-kuresinin-qlobal-temperaturu-7-derece-selsi-yuksele-biler
    Elm & Texnologiya

    Yer kürəsinin qlobal temperaturu 7 dərəcə Selsi yüksələ bilər

    İllərdir alimlər planetin üzərində dolaşan iqlim böhranının nəticələri barədə xəbərdarlıq edirlər. Dünya artıq inanılmaz istilik dalğaları və quraqlıqlarla üzləşib, bütün dünyada buzlaqlar buz örtüklərini itirir, qlobal okean səviyyəsi isə amansız şəkildə qalxır.
    alimler-anomal-istilik-sebebile-heyecan-tebili-calirlar
    Elm & Texnologiya

    Alimlər anomal istilik səbəbilə həyəcan təbili çalırlar

    İqlim dəyişikliyi ilə bağlı qarşıdan gələn xaosda çox az şey dəqiqdir, lakin bir məqam aydındır: Ekstremal istilər - digər heç bir təhlükəyə bənzəməyən bir təhdiddir. Alimlərin fikrincə, dəniz səviyyəsinin qalxması milyonlarla insanın köçməsinə, hava şəraitinin dəyişməsi isə qida sistemlərinin sabitliyini pozmasına səbəb ola bilər, lakin istilər - tamam fərqli bir düşməndir.
    qlobal-istilesme-insanlari-icmeli-sudan-mehrum-ede-biler
    Elm & Texnologiya

    Qlobal istiləşmə insanları içməli sudan məhrum edə bilər

    Qlobal istiləşmə həyatımızın bir çox sahəsinə və sağlamlığımıza təsir edir. Lakin alimlərin son hesabatlarına görə, bu proses bizi sağ qalmaq üçün ən vacib resurslardan biri - təmiz içməli sudan məhrum edə bilər.
    qlobal-temperaturun-25-derece-artmasi-quru-sahenin-40-ni-sehraya-cevire-biler
    Elm & Texnologiya

    Qlobal temperaturun 2.5 dərəcə artması quru sahənin 40%-ni səhraya çevirə bilər

    Bu gün bütün planetdə iqlim şəraitinin sürətlə dəyişdiyini müşahidə edirik. Alimlərin məlumatına görə, 2024-cü ildə Yer kürəsində orta temperatur sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1.5 dərəcə Selsi artıb.
    buzlaqlar-her-saniye-3-olimpiya-hovuzu-hecminde-buz-itirirler
    Elm & Texnologiya

    Buzlaqlar hər saniyə 3 Olimpiya hovuzu həcmində buz itirirlər

    Yeni inqilabi tədqiqat, son 25 il ərzində buzlaqların əriməsi ilə bağlı ilk qlobal və ardıcıl təsviri təqdim edir. Nəticələr göstərir ki, 2000-ci ildən bəri dünyadakı buzlaqlar öz həcmlərinin artıq 5%-ni itirib.