Plastik tullantıları parçalamağa qadir yeni növ dəniz göbələyi kəşf edilib
Elm & Texnologiya
06.06.2024
Emil Nəcəfov
Hal-hazırda dünya ekologiyasının əsas ciddi problemlərindən biri də plastik tullantılardır. Problem hətta o dərəcəyə çatıb ki, mikroplastik hissəciklərə müxtəlif yerlərdə rast gəlinir. İnsan orqanizmindən tutmuş içməli suyun tərkibinə kimi. Alimləri narahat edən digər bir məsələ isə Sakit okeanda mövcud olan iri həcmdə plastik tullantılardır. Lakin bu mövzu ilə bağlı yaxşı xəbər də var. Belə ki, alimlər okean vasitəsilə daşınılan və plastik tullantıları yeyən yeni dəniz göbələyi növünü kəşf ediblər. Sözügedən yeni göbələk növü Parengyodontium album adını əldə edib və o, Sakit okeanın şimal hissəsində olan plastik tullantıların daxilində və ətrafında yaşayan digər mikroblarlardan təşkil edilmiş nazik layın arasında aşkar edilib.
Alimlər bildiriblər ki, bu, plastik tullantıları udmağa və parçalamağa qadir dördüncü dəniz göbələyidir. Mütəxəssislər Parengyodontium album adlı yeni dəniz göbələyini analiz edərək belə qənaətə gəliblər ki, o, polietileni spesifik şəkildə parçalamaq qabiliyyətinə sahibdir. Qeyd etmək lazımdır ki, ən geniş yayılmış və istehlakçı məhsullarının hazırlanmasında ən çox istifadə edilən plastik növü məhz polietilendir. Ondan plastik butulkaların, qida məhsullarının daşınması üçün nəzərdə tutulmuş paketlərin və s. hazırlanmasında istifadə edilir. Bundan əlavə olaraq dünyada geniş yayılmış plastik tullantıların əksəriyyətini də məhz polietilən təşkil edir. Ultrabənövşəyi şüalanma özü plastik tullantını məhv etmə mexanizminə sahibdir.
Lakin aparılmış yeni tədqiqatlara əsasən o həmçinin dəniz göbələyi üzərindən plastik tullantıların bioloji parçalanmasına şərait yaradır. Dünya okeanı plastik tullantılarla zəngindir. Bu tullantılar təkcə okeana deyil, bütün ekosistemə zərər vururlar. Alimlərin sözlərinə əsasən plastik tullantıların parçalanması prosesini sürətləndirən yeni növ göbələyin kəşf edilməsi yaxşı xəbərdir. Lakin o da bu ciddi problemin həll yolu deyil. Belə ki, aparılmış tədqiqata əsasən laboratoriya şəraitində yetişdirilmiş göbələk ultrabənövşəyi şüalanmanın təsirinə məruz qalmış plastik materialı gündə 0.05% sürətlə parçalaya bilir. Bunun bir nəticə olmasına baxmayaraq böyük həcmli plastik tullantıların öhdəsindən gəlmək üçün bu cür göbələyə həddindən artıq zaman lazım olacaq. Alimlər düşünürlər ki, Yer kürəsində plastik tullantıları məhv edə biləcək daha böyük orqanizmlər ola bilər. Sadəcə olaraq onları tapmaq lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Parçalanması üçün tərkibində bakteriyalara sahib yeni növ plastik material yaradılıb
Parçalanması üçün tərkibində bakteriyalara sahib yeni növ plastik material yaradılıb
Mikrobioloqlar geniş şəkildə yayılmış bəzi plastik növlərini həzm edə bilən bir neçə bakteriya ştamını müəyyən ediblər.
Okeanın dibində səthindən 100 dəfə daha çox plastik tullantı mövcuddur
Okeanın dibində səthindən 100 dəfə daha çox plastik tullantı mövcuddur
İstifadəyə verildikləri zamandan indiyənə kimi plastik materiallar planeti sözün əsl mənasında ələ keçiriblər və günümüzün ən ciddi qlobal probleminə çevriliblər.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!