
Playstation 5-in daha kiçik ölçülü yenilənmiş versiyası təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
11.10.2023
Emil
Sony şirkəti Playstation 5-in yeni versiyasını təqdim edib. Playstation 5-in yeni versiyası orijinal versiyadan 30% daha kiçikdir və 1 TB daxili yaddaş həcminə sahibdir. Bundan əlavə olaraq yenilənmiş Playstation 5 orijinal Playstation 5-in disk drive-a sahib versiyasından 18%, Digital versiyasından isə 24% daha yüngüldür. Məlumatda qeyd edilib ki, yenilənmiş Playstation 5 performans baxımından orijinal Playstation 5-dən heç də geridə qalmayacaq. Yenilənmiş Playstation 5 də iki versiyada satışa çıxacaq.

Onlardan biri disk drive-a sahib olacaq və 500$-a satılacaq. İkinci versiya isə disk drive-a sahib olmayacaq və 450$-a satılacaq. Lakin Disk drive-a sahib olmayan yenilənmiş Playstation 5-in alıcıları onun üçün nəzərdə tutulmuş Ultra HD Blu-ray disk drive-nı ayrıca ala biləcəklər. Bu halda disk drive konsolun gövdəsinə yerləşdiriləcək. Ayrıca disk drive-ın qiyməti 80$ təşkil edəcək. Yenilənmiş Playstation 5-in ABŞ-da satışlarına gələn ay start veriləcək. Daha sonra isə satışlar digər regionlarda da aktivləşdiriləcək.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
iPhone 12-də elektromaqnit şüalanması problemini aradan qaldıracaq iOS yenilənməsi hazırdır
Keçən ayın ortasında məlum oldu ki, Fransada iPhone 12-nin satışları dayandırılıb.

Cihazlar+
Xiaomi 13T smartfonları bəzi ölkələrdə Leica kameralarsız satılır
Xiaomi şirkəti keçən ayın sonunda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim etdi.

Cihazlar+
Vivo yeni qatlana bilən smartfonlar üzərində çalışır
İnsayderlərin vermiş olduqları məlumata əsasən vivo şirkəti yeni qatlana bilən smartfonlar seriyası üzərində çalışır.

Elm & Texnologiya
Apple 25 il bundan öncə sensor ekranlı Mac kompüterinə sahib imiş
Apple şirkətinin sensorlu ekrana sahib Mac kompüteri üzərində çalışması barəsində məlumatlar artıq 10 ildən çoxdur ki, internetdə gəzirlər.

Reklam və Marketinq
“Qızlara ağ yaraşır” daha bir Qran-pri qazandı!
Azercell və Azərbaycan Cüdo Federasiyasının “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalda qalib oldu!
Ən çox oxunanlar

Şimali Koreya hakerləri Google Play-ə zərərli tətbiqlər yükləyiblər
