main-post-cover

    PlayStation 5-in yeni funksiyası: Remastering Engine nədir?

    Elm & Texnologiya
    21.01.2020
    Nijat Hamid
            Sony, CES 2020 sərgisində PlayStation 5 konsolunu təqdim etmiş, yaxın günlərdə isə parametrləri sızdırılmışdı. Lakin konsolun son görüntüsü hələ də tam rəsmi yayımlanmayıb. Bu gün isə konsolda olan yeni bir funksiyadan yazmaq istədik. "Remastering Engine".

    Remastering Engine funksiyası PlayStation 5 konsolundə digər konsollar üçün olan köhnə oyunları oynamağa imkan yaradacaq. Yəni PlayStation 3 oyununu PS 5-də rahatlıqla oynayacaqsınız.

            HipHopGamer-in doğruluğu yüksək olan mənbələrdən aldığı məlumata görə PlayStation 1-dən başlayaraq PlayStation 4-ə qədər bütün oyunları Playstation 5 konsolunda oynamaq olacaq. Həm də oyunların yenilənmiş hallarını. Hal-hazırda Sony şirkətinin son konsolu PlayStation 4 köhnə oyunları oynamağa imkan vermir. Verilən məlumatlara əsasən, Remastering Engine funksiyası köhnə oyunları 4K-ölçülərə qədər yüksəldə bilər, lakin oyunların teksturaqrafik paketlərini yaxşılaşdırması mümkün olmayacaq. Hal-hazırda Sony tərtibatçıları PS 5-in Remastering Engine funksiyasını daha yaxşı bir hala gətirmək üçün işləyirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər