main-post-cover

    Playstation 5 interfeysi üçün möhtəşəm bir konsept dizayn hazırlandı

    Elm & Texnologiya
    28.04.2020
    Nijat Hamid
            Sony şirkəti yeni nəsil Playstation 5 konsolunu təqdim etsə də fiziki olaraq göstərməmişdi. Bu səbəbdən konsolun dizaynının necə olacağı hələki bilinmir. Bunun üzərinə bir çox istifadəçi PS 5 üçün konsept dizaynlar hazırlamışdı. Bu səfər isə bir Reddit platformunun istifadəçisi Playstation 5 konsolunun interfeysi üçün mükəmməl görünən konsept dizayn hazırladı.

    Playstation 5 üçün hazırlanan konsept dizayn sadəliyi və minimalist dizaynı hədəfləyir.

            Şəkildən göründüyü kimi yeni konsept dizaynda ekranın üst tərəfində sadəcə bildirişlər, dostlar və oyunlar üçün achievement bölməsi yer alır. Həmçinin seçilən oyunun alt hissəsində oyunda keçirilən vaxt, əldə etdiyiniz kuboklaroyunun neçə faizini bitirdiyiniz göstərilir. PS 4-dən fərqli olaraq bu interfeysdə oyunu seçməklə oyuna giriş etmək olmur. Oyunu seçdiyimiz vaxt oyun haqqındakı digər detalları görürük. Oyuna giriş etmək üçün isə X düyməsinə basılı tutmaq lazımdır.     
            PS 5 üçün hazırlanan konsept dizayn gördüyünüz kimi bir xeyli zərif görünür. Lakin nəticədə konsept dizayndır. Bu səbəbdən real olmadığını nəzərə alın. Həmçinin dizaynı göstərən 13 saniyəlik kiçik bir video da var, lakin müəllif Youtube-a yerləşdirmədiyi üçün verəcəyimiz linkə daxil olub izləyə bilərsiniz.

    PS 5 üçün hazırlanan konsept dizaynın videosu

    Linki kopyala