main-post-cover

    Poco brendindən Redmi smartfonunun daha bir oxşarı gəlir

    Elm & Texnologiya
    23.05.2020
    Emil Nəcəfov
        Görünür, Xiaomi şirkətinin Poco brendi yeni smartfon modeli üzərində çalışır. Söhbət, Poco M2 Pro smartfonundan gedir. Bu barədə GSMarena saytı xəbər verib. Belə ki, M2003J6CI model nömrəsinə sahib smartfon Wi-Fi AllianceBluetooth SIG təşkilatlarında sertifikatlaşdırmadan keçib. Bu isə o deməkdir ki, sözügedən smartfon yaxın zamanda təqdim olunmalıdır.
        Təəssüflər olsun ki, smartfon barəsində məlumat hələ çox azdır. Sadəcə olaraq məlumdur ki, Poco M2 Pro modeli MIUI 11 interfeysi əsasında çalışacaq Android 11-i, Bluetooth 5.0-ı və 2.4 GHz -5 GHz tezliklərdə çalışan Wi-Fi modulu əldə edəcək. Lakin maraqlısı odur ki, smartfonun identifikator modeli Redmi Note 9 Pro-nun identifikator modeli ilə üst-üstə düşür.
        İnsayderlər hətta qeyd edirlər ki, Poco M2 Pro smartfonu Redmi Note 9 Pro-nun sahib olduğu texniki göstəricilər ilə təchiz olunacaq. Yəni smartfonun Snapdragon 720G prosessoru, 6.67 düym ekran, 50220 mAh enerji tutumlu batareya, 48 MP + 8 MP + 5 MP + 2 MP dördlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunacağı gözlənilir. Görünür, bizi Redmi brendinin smartfon modelinin daha bir oxşarı gözləyir.
    Linki kopyala