
Poco X2 smartfonunun real fotoları ortaya çıxıb
Elm & Texnologiya
30.01.2020
Emil
Xiaomi-nin Poco adlı brendi öz yeni smartfon modeli olacaq Poco X2-nin təqdimat tarixini artıq təsdiqləyib. İndi isə internetdə sözügedən smartfon modelinin real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolar Poco X2-nin dizaynını və kamera özəlliklərini sərgiləyir. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə ortaya çıxmış fotolar əvvəlki məlumat sızıntılarını təsdiqləyib

Belə ki, smartfon ekranının yuxarı sağ hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı yerləşdiriləcək. Bundan əlavə olaraq fotolardan da görmək olar ki, smartfon ekranı ətrafında nazik çərçivələr olacaq və smartfonun özü MIUI 11.0.2 interfeysinin qlobal versiyasını dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, Poco X2-nin təqdimatı 4 fevral tarixində baş tutacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
