main-post-cover

    Pocophone F1 smartfonunun davamçısının adı bəlli oldu (VİDEO)

    Elm & Texnologiya
    23.01.2020
    Farid Pardashunas
        Poco brendinin Xiaomi-dən ayrılaraq müstəqil brendə çevrilməsindən sonra internetdə sözügedən brendin ilk tizer videosu ortaya çıxdı. Təqdim edilmiş tizer videosu brendin yeni cihazı barəsində heç bir məlumat verməyib. Lakin Xiaomishka ləqəbli məşhur insayder həmin videoda maraqlı məlumat aşkar edə bilib. Bu barədə Gagadget saytı xəbər verib.
        Təqdim edilmiş videoda bir neçə saniyəlik tapmaca gizlədilib. Həmin tapmacanı həll edərək Poco brendinin yeni smartfonunun qısa adı ortaya çıxır. Söhbət, Poco X2-dən gedir. Çox güman ki, Pocophone F1-in davamçısının adı məhz Poco X2 (Pocophone X2) adını əldə edəcək. Təəssüflər olsun ki, smartfon barəsində heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, o, IPS ekran və Snapdragon 865 prosessoru ilə təchiz olunacaq. Smartfon ya bu rübün sonunda ya da növbəti rübün əvvəlində təqdim olunmalıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər